Logo
    main-post-cover

    Huawei: 'ABŞ sanksiyaları şəraitində Çinin yarımkeçiricilər sənayesi dirçələcək'

        Huawei şirkətinin direktorlar şurasının sədri Eric Xu-nun verdiyi məlumata əsasən ABŞ sanksiyaları şəraitində Çinin yarımkeçiricilər sənayesini dirçəliş gözləyir. O həmçinin bildirib ki, Huawei prosessorların layihələşdirilməsi məsələsində ciddi nailiyyətlər əldə edib. “Düşünürəm ki, Çinin yarımkeçiricilər sənayesi boş oturmaq əvəzinə öz mövqelərini gücləndirmnək üçün bütün gücünü sərf edəcək. Biz Huawei olaraq Çinin bütün bu cür cəhdlərinə dəstək verəcəyik. Əminəm ki, Çinin yarımkeçiricilər sənayesi mövcud sanksiyalar şəraitində dirçələcək və çox güclü bir sənayeyə çevriləcək” - deyə Eric Xu qeyd edib.
        Qeyd etmək lazımdır ki, yarımkeçiricilər sənayesi ABŞ ilə Çin arasında olan ticarət “müharibəsinin” əsl gərgin nöqtəsinə çevrilib. Pekinin ABŞ texnologiyalarını hərbi sahədə istifadə edəcəyi qorxusundan Vaşinqton Çinin prosessor istehsalçılarına qarşı sərt sanksiyalar tətbiq etdi. Onlardan biri də Huawei şirkəti oldu. Sanksiyalar ABŞ texnologiyası vasitəsilə istehsal edilmiş məhsulları əhatə edirlər. Nəticədə bu sanksiyalar öz effektivliklərini göstəriblər. Belə ki, bu cür məhsullar bütün dünyada istifadə edilir. Çindən olan şirkətlər isə birgə cəhdlər sayəsində yerli mikrosxem istehsalını reallaşdırmağa çalışırlar.
    Paylaş
    Bənzər xəbərlər