Huawei bu il smartfon istehsalını 2 dəfə azaldacaq

Huawei bu il smartfon istehsalını 2 dəfə azaldacaq

Startup və Biznes
22.02.2021 PAYLAŞIM

    ABŞ sanksiyaları səbəbilə Huawei şirkətinin işlərinin heç də yaxşı getmədikləri sirr deyil. Lakin buna baxmayaraq şirkət smartfon istehsalını davam etdirməyi düşünür və özünün mobil biznesinin satılmasından imtina edir. Bununla belə Huawei çətin zamanlara hazırlaşır. Bu barədə Nikkei saytı xəbər verib. Verilmiş məlumata əsasən şirkət öz istehsalçılarına bu ilki sifarişlərin saylarının aşağı salınacağı barəsində bildiriş göndərib. Belə ki, Huawei bu il ərzində cəmi 70-80 milyon smartfon üçün komponent istehsalını sifariş verməyi planlaşdırır. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2020-ci ildə şirkət 189 milyon smartfon satmışdı. Başqa sözlə desək, bu il smartfon satışlarının 60% aşağı düşəcəkləri gözlənilir. 2019-cu ildə isə Huawei 240 milyon smartfon satmışdı.

    Bundan əlavə olaraq şirkət öz smartfon seriyalarının sayını azaltmağı da nəzərdən keçirdir. Belə ki, ABŞ sanksiyaları səbəbilə şirkət 5G smartfonların istehsalında problemlər yaşayır. Buna görə də şirkət bu il əsas diqqəti 4G dəstəkli smartfonlara ayıracaq. Bu o demək deyil ki, 5G smartfonlar ümumiyyətlə satışa çıxarılmayacaq. Sadəcə olaraq bu məsələdə şirkət bir sıra çətinliklər ilə qarşılaşacaq. Analitiklərin fikirlərinə əsasən bu öz növbəsində smartfon istehsalını daha da aşağı sala bilər. Onlar düşünürlər ki, bu səbəbdən şirkət cəmi 50 milyon smartfon istehsal edə bilər. Şirkətin bu çətin vəziyyəti yaxın zamanda olduğu kimi qalsa, onun tərkibindən çıxıb müstəqil şirkətə çevrilmiş Honor tez bir zamanda Huawei şirkətini geridə qoya bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ByteDance şirkəti TikTok-un ABŞ biznesinin satılmasından imtina edib

Çinin ByteDance şirkəti TikTok servisinin ABŞ biznesinin satılması planından imtina edib.


OnePlus həmtəsisçisinin yeni şirkəti Android-in yaradıcısının Essential smartfon..

OnePlus-ın yaradıcılarından biri olan və şirkəti artıq tərk etmiş Carl Pei keçən həftə özünün Nothin..


Böyük texnoloji şirkətlər Nvidia-nın ARM-i almasının ləğv edilməsini istəyirlər..

Keçən ilin sentyabr ayında Nvidia şirkəti dünyanın ən böyük mobil prosessor yaradıcısı olan ARM-i 40..


ABŞ-ın yeni prezidenti Joe Biden Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etmək ..

ABŞ-ın keçmiş prezidenti Donald Trump sərt sanksiyalar vasitəsilə Huawei də daxil olmaqla Çindən ola..


Microsoft şirkəti Pinterest servisinin alışını planlaşdırırmış

Ortaya çıxmış məlumata əsasən vaxtı ikən Microoft şirkəti Pinterest servisinin alışını planlaşdırırm..


Huawei ABŞ qurumunun qərarını apelyasiya məhkəməsinə verib

Huawei şirkəti ABŞ-ın şəbəkələr üzrə federal komissiyasının (FCC) qərarını apelyasiya məhkəməsinə ve..

×