
Huawei Çinin ən innovasiyalı şirkəti olub
Startup və Biznes
13.06.2023
Emil
Çin patent idarəsinin təqdim etmiş olduğu yeni statistikaya əsasən Huawei müxtəlif texnologiyalar üçün əldə edilən patentlərin sayına görə Çinin lider şirkətidir. Şirkət Çin regionunda daha bir rekorda imza atıb. Belə ki, o, Çin şirkətləri arasında tədqiqatlara və yeni texnologiyaların hazırlanmasına ən çox vəsait sərf edən şirkətdir. Belə ki, şirkət öz gəlirinin 20%-ni məhz tədqiqatlara və yeni texnologiyaların hazırlanmasına yönləndirir. Statistikaya əsasən Huawei 2022-ci ildə 5805 ədəd patent əldə edib. Bununla belə statistikanın ikinci yerində qərarlaşmış Tencent şirkəti isə 4076 ədəd patent əldə edib. Xarici şirkətlər arasında Çində ən çox patent qeydiyyatını reallaşdırmış şirkətlər arasında lider qismində Samsung çıxış edir. O, 1785 ədəd patent əldə edib. İkinci yerdə Toyota, üçüncü yerdə isə Qualcomm qərarlaşıb.
Paylaş
Bənzər xəbərlər