main-post-cover

    Huawei öz əsas diqqətini avtomobil biznesinə yönəldəcək

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.12.2022
    Farid Pardashunas
        Huawei şirkətinin planları ilə yaxından tanış olan mənbələr şirkətin 2023-cü ilə olan planları barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən şirkət gələn il əsas diqqətini avtomobil biznesinə yönləndirəcək və bu məsələdə bir neçə elektromobil istehsalçısı ilə əməkdaşlıq edəcək. Bundan əlavə olaraq bir neçə elektromobil istehsalçısı ilə olacaq əməkdaşlıqların əsas məğzi də məlum olub. Qeyd etmək lazımdır ki, 2021-ci ildə Cyrus elektromobilinin uğurlu olmasından sonra Huawei öz avtomobil şöbəsinə daha çox investisiya yatırmağa başladı. Həmin vaxtda Huawei Çinin Cyrus adlı avtomobil istehsalçısı ilə birgə əməkdaçlıq çərçivəsində SF5 krossoverini təqdim etmişdi.
        Sözügedən krossoverin proqram təminatından Huawei, digər bütün özəlliklərindən isə Cyrus şirkətinin özü cavabdeh idi. Verilmiş yeni məlumata əsasən 2023-cü ildə Huawei bu istiqamət üzrə digər avtomobil istehsalçılarının iştirakı ilə öz inkişafını davam etdirəcək. Məsələn Celis adlı şirkət ilə birlikdə Huawei 100 000-200 000 ədəd büdcəli elektromobil satmağı planlaşdırır. Bununla yanaşı Huawei Çinin BAIC şirkəti ilə birgə tamamilə yeni avtomobil hazırlamaq niyyətindədir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Huawei öz mobil şöbəsini unutmayacaq və gələn il təqdim ediləcək Huawei P60 smartfon seriyasının modellərinin və digər smartfonlarının satışlarını yüksəltmək məqsədilə çoxlu sayda yeni işçi qəbulunu reallaşdıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər