main-post-cover

    Huawei şirkəti Çinin ən bahalı şirkəti adına layiq görülüb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    12.10.2020
    Farid Pardashunas
        Çinin Hurun adlı nüfuzlu nəşriyyatı (ABŞ-dakı Forbes-un analoqu) Çindəki ən güclü elektronika istehsalçılarının reytinqini tərtib edib. Reytinqin birinci pilləsində ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkəti qərarlaşıb. Hətta ABŞ sanksiyaları səbəbilə keçən il ilə müqayisədə bu il satış göstəricilərinin aşağı düşməsi də Huawei şirkətinə birinci yeri tutmaqda əngəl olmayıb. Bu barədə 4pda saytı xəbər verib. Mütəxəssislər şirkətin bazar dəyərini 163.8 milyard dollar qiymətləndiriblər. Bu isə keçən ilki göstəricidən 14.9 milyard dollar aşağıdır.
        Məlumata əsasən bu cür nəticələr keçən ilin may ayında ABŞ hökuməti tərəfindən şirkətə qarşı tətbiq olunmuş sanksiyalar ilə bağlıdır. Hal hazırda 170 ölkədə yerləşən şirkət müəssisələrində təqribən 194.000 əməkdaş çalışır. Şirkətin ümumi istifadəçi kütləsi isə 3 milyard insandan çoxdur. Tərtib olunmuş reytinqdə Huawei-dən sonrakı yerləri Xiaomi (65.6 milyard dollar), Vivo (26 milyard dollar), OPPO (25.3 milyard dollar) şirkətləri tutublar. Reytinqin ilk beşliyinin son pilləsində dron istehsalı ilə məşğul olan DJI şirkəti (14.9 milyard dollar) qərarlaşıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər