Huawei şirkəti Honor brendinin bir hissəsini satmağı planlaşdırır
Tech-Biznes
Startup və Biznes
e-ticaret
14.10.2020
Farid Pardashunas
Bu ayın əvvəlində məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Huawei şirkəti özünün Honor brendini sata bilər. İndi isə bu məlumat Reuters saytı tərəfindən təsdiqlənib. Vəziyyətlə yaxından tanış olan insanların sözlərinə əsasən Huawei şirkəti hal hazırda özünün Honor brendinin biznesinin bir hissəsini satmaq üzrə Digital China Group və Xiaomi şirkətləri ilə danışıqlar aparır.
Əgər nəticədə bu baş versə Huawei şirkəti Honor brendinin bir hissəsinin satılmasına görə 3.7 milyard dollar əldə edəcək. Honor brendinin hansı hissəsinin satılacağı bilinmir. Güman olunur ki, söhbət, təchizatların idarəolunması biznesinin və məhsul yaratma şöbəsinin satılmasından gedir. Məlumata əsasən hal hazırda danışıqlarda lider kimi Digital China Group şirkəti çıxış edir. Honor brendinin bir hissəsinin satılması öz növbəsində Huawei şirkətinə bəzi xərcləri aradan qaldırmağa yardımçı olacaq. Həmçinin bu cür qərar Honor brendinin ABŞ sanksiyalarına düşmədən bazarda qalmasına şərait yaradacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)