
Huawei smartfonlarında Snapdragon: Qualcomm şirkəti ABŞ-dan əməkdaşlıq lisenziyası istəyir
Startup və Biznes
10.08.2020
Emil
Qualcomm şirkəti ABŞ hökumətində Huawei şirkətinə qarşı olan sanksiyaların yumşaldılmasını lobbiləşdirir. Bu barədə The Wall Street Journal xəbər verib. Qualcomm çalışır ki, ABŞ hökuməti ona Huawei ilə əməkdaşlıq etməyə icazə versin. Qeyd etmək lazımdır ki, sanksiyalar səbəbilə ABŞ şirkətləri Huawei ilə əməkdaşlıq edə və ona öz texnologiyalarını sata bilməzlər. Qulcomm isə ümid edir ki, o yenə də Huawei şirkətinə 5G dəstəkli prosessorlar sata biləcək.
Qualcomm təmsilçilərinin sözlərinə əsasən ABŞ hökuməti öz sanksiyaları ilə ABŞ şirkətlərinə böyük zərər verir. Belə ki, bu sanksiyalar Samsung və MediaTek kimi şirkətlərə yol açır. Faktiki olaraq ABŞ hökuməti illik 8 milyard dollarlıq dövriyyəyə sahib bazara yolları bağlayır. Bu məsələ əvvəllər heç olmadığı kimi hal hazırda aktualdır. Belə ki, ABŞ sanksiyaları səbəbilə TSMC şirkəti artıq Kirin prosessorlarını istehsal edə bilməz.
Buna görə də Huawei öz Kirin prosessorlarından imtina etməli olub. Sentyabr ayında təqdim olunması gözlənilən Mate 40 smartfon seriyası Kirin prosessorunu əldə edəcək son smartfon seriyası olacaq. Daha sonra isə Huawei smartfonlarında ya Samsung ya da MediaTek istehsalı prosessorlardan istifadə olunacaq. Buna görə də Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını almağa çalşır. Bunun baş verib-verməyəcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
