
Hyundai şirkəti Apple ilə əməkdaşlıq məsələsi üzrə rəsmi açıqlama verib
Startup və Biznes
09.02.2021
Emil
Elektromobil istehsalı məsələsində Hyundai və Kia şirkətlərinin Apple ilə danışıqlar apardıqları üzrə ortaya çıxmış məlumatlara cavab olaraq sözügedən avtomobil istehsalçıları rəsmi bəyanat veriblər. Onlar bildiriblər ki, Apple ilə danışıqlar aparmırlar və yaxın zamanda Apple elektromobilini gözləməyə ehtiyac yoxdur. Bu barədə Bloomberg saytı xəbər verib. Hələ bir neçə müddət bundan öncə öncə Hyundai bildirmişdi ki, o, Apple Car istehsalında aparıcı partnyor rolunda çıxış edə bilər. Daha sonra Hyundai təmsilçiləri bildirmişdilər ki, avtonom sistemli nəqliyyat növünün yaradılması məsələsi Apple tərəfindən bir neçə istehsalçı ilə müzakirə olunur.
Lakin bu məsələdə hələ heç bir dəqiq məlumat yoxdur. Hətta məlumatlar yayılmışdı ki, Apple şirkəti Kia Motors-a 3.6 milyard dollar investisiya yatırmağa hazırdır. Lakin Bloomberg-in məlumatına əsasən Hyundai şirkətinin bu cür rəsmi bəyanat verməsindən sonra Apple onunla danışıqları dayandırıb. Rəsmi bəyanatın verilməsindən sonra Hyundai şirkətinin səhmlərinin qiyməti 8.4%, Kia Motors-un səhmlərinin qiyməti isə 15.3% aşağı düşüb. Beləliklə Apple Car layihəsinin aqibəti hələ sual altında qalır. Bir sıra insayderlər xəbər veriblər ki, Apple bu məsələdə 6 avtomobil istehsalçısı ilə danışıqlar aparır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
