Logo
    main-post-cover

    İlin əvvəlindən süni zəka sahəsinə marağın artması NVIDIA-nın dəyərini qaldırıb

    Startup və Biznes
    24.02.2023
    Farid
        NVIDIA şirkəti insanların bu ilin əvvəlindən süni zəka sahəsinə olan maraqlarından böyük fayda görüb. Belə ki, dünən şirkətin səhmlərinin dəyəri 13%, bazar dəyəri isə 582 milyard dollara yüksəlib. Beləliklə sutka ərzində NVIDIA-nın bazar dəyəri 65 milyard dollar artıb. İlin əvvəlindən isə bu artım 63% (219 milyard dollar) təşkil edib. Analitiklərin fikirlərinə əsasən əgər bu tendensiya olduğu kimi qalsa, NVIDIA səhmlərinin dəyəri bu il 60% yüksələcək. Bloomberg-in verdiyi məlumata əsasən hal hazırda NVIDIA səhmləri investorlar üçün digər texnoloji şirkətlərin səhmlərindən daha çox maraq kəsb edir. Şirkət süni zəka tətbiqlərində mühüm olan qəliz hesablama tapşırıqları üçün nəzərdə tutulmuş qrafik çiplər bazarında liderliyini qoruyur. Bu səbəbdən də analitiklər və investorlar düşünürlər ki, NVIDIA-nın dəyəri artmaqda davam edəcək. Belə ki, daha çox istifadəçi ChatGPT-yə bənzər platformalardan istifadə edəcək.
    Paylaş
    Bənzər xəbərlər