Logo
    main-post-cover

    Kanye West Twitter-in analoqu olan Parler sosial şəbəkəsini alıb

    Startup və Biznes
    17.10.2022
    Emil
        Məşhur musiqiçi Kanye West Parler adlı sosial şəbəkəni alıb. Qeyd etmək lazımdır ki, sözügedən sosial şəbəkə özünü söz azadlığına sahib Twitter analoqu kimi təqdim edir. Kanye West ilə müqavilənin bağlanması barəsində məlumatı şirkətin özü verib. Gözləntilərə əsasən tərəflər arasında müqavilənin bağlanması bu ilin sonuna kimi yekunlaşacaq. “Konservativ nəzərlərin mübahisəli hesab edildiyi bir dünyada biz əmin olmalıyıq ki, bizim özümüzü sərbəst şəkildə ifadə etmək hüququmuz var” - deyə Kanye West qeyd edib. Parler sosial şəbəkəsinin ana şirkəti olan Parlement Technologies-in bəyanatında qeyd edilib ki, bu müqavilə bütün fikirlərin qəbul edildiyi dəyişməz ekosistemin yaradılmasına imkan verəcək.
        Şirkətin general direktoru George Farmer bildirib ki, bu müqavilə dünyanı və söz azadlığına olan münasibəti dəyişəcək. O həmçinin əlavə edib ki, Kanye West söz azadlığı üzrə media mühitdə inqilabi addım atır və o artıq sosial şəbəkələrdəki hesablarının silinməsindən qorxmayacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Kanye West antisemitizmi əhatə edən fikirlər səsləndirdiyi üçün onun Twitter və Instagram hesabları məhdudlaşdırılmışdı. Parler sosial şəbəkəsinə gəldikdə isə o, 2018-ci ildə istifadəyə verilib. Sözügedən sosial şəbəkə Twitter analoqu kimi qələmə verilir.
        Lakin Twitter-dən fərqli olaraq Parler paylaşımların sərt moderasiyasına sahib deyil. Bu özəllik öz növbəsində Parler-i ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın tərəfdarları arasında çox məşhur etdi. Daha sonra Parler 6 yanvar 2021-ci il tarixində Trump tərəfdarlarının ABŞ Konqres Binasına hücumları çərçivəsində mitinq iştirakçılarına köməklik göstərilməsində günahlandırılmışdı. Həmin hadisədən sonra Parler App Store Google Play-dən silinmişdi. Lakin sosial şəbəkənin administrasiyası istifadəçilərin paylaşımlarını daha ciddi şəkildə moderasiya edəcəyinə söz verəndən sonra sosial şəbəkənin tətbiqi adları sadalanmış platformalara geri qaytarılmışdı.
    Paylaş
    Bənzər xəbərlər