main-post-cover

    Keçən il ən çox gəlir əldə etmiş şirkət CEO-ları kimlərdir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    13.07.2020
    Emil Nəcəfov
        Bloomberg nəşriyyatı 2019-cu il üzrə ABŞ-ın ən çox gəlir əldə etmiş şirkət rəhbərlərinin reytinqini tərtib edib. Beləliklə Bloomberg-in hesablamalarına əsasən Apple CEO-su Tim Cook keçən il 133 milyon dollar gəlir əldə edib. Bununla belə onun rəsmi maaşı 3 milyon dollar təşkil edib. Əlavə olaraq onun hesabına 7.7 milyon dollar dəyərində bonuslar hesablanıb. Tim Cook-un əldə etdiyi gəlirin qalan hissəsi isə şirkət səhmləri şəklində çıxış ediblər. Bu cür göstərici ilə Tim Cook, Bloomberg reytinqində ikinci yeri tutub.
        Birinci yerdə isə Elon Musk qərarlaşıb. Belə ki, keçən il Elon Musk 595 milyon dollar gəlir əldə edib. Beləliklə Musk, Apple CEO-dan 4.5 dəfə daha çox maaş əldə edib. Bloomberg-in top 10 siyahısına digər texnoloji şirkətlərin də rəhbərləri daxil olublar. Onların arasında Intel-in icraçı direktoru Robert Swan (99 milyon dollar), Alphabet CEO-su Sundar Pichai (86 milyon dollardan bir qədər çox) və Microsoft CEO-su Satya Nadella (77 milyon dollar) var.
    Linki kopyala