
Keçən il iflas etmiş FTX kriptovalyuta birjası fəaliyyətini bərpa edə bilər
Startup və Biznes
13.04.2023
Emil
Keçən ilin noyabr ayında iflasını elan etmiş FTX adlı kriptovalyuta birjası gələn il öz fəaliyyətini bərpa edə bilər. Bu barədə məlumatı FTX-nın iflası ilə bağlı ABŞ-da keçirilmiş məhkəmə prosesi çərçivəsində birjanın maraqlarını qorumuş vəkil təqdim edib. Onun sözlərinə əsasən birja nağd vəsait və likvid kriptovalyuta aktivləri vasitəsilə 7.3 milyard dollar vəsaiti bərpa edə bilib.
Qeyd etmək lazımdır ki, FTX-nın rəhbəri John Ray yanvar ayında kütləvi informasiya vasitələrinə müsahibə verən zaman müflis olmuş birjanın bərpasını istisna etməmişdi. Birjanın maraqlarını qoruyan vəkilin sözlərinə əsasən FTX bir neçə müddət bundan öncə kriptovalyutaların qiymətlərinin yüksəlməsi vəziyyətindən yararlana bilib.
Məlumatda qeyd edilib ki, birjanın öz fəaliyyətini bərpa etməsi üçün təqribi olaraq 6.2 milyard dollar vəsait lazım olacaq. Həmçinin qeyd edilib ki, FTX hal hazırda müflis vəziyyətdən çıxmaq üzrə ilkin plan üzərində çalışır və bu planı birja iyul ayında təqdim etməyi hədəfləyib. Qeyd etmək lazımdır ki, keçən ilin noyabr ayında investorların 3 gün ərzində birjadan ümumilikdə 6 milyard dollar vəsait çıxartdıqları üçün FTX nəticədə iflas oldu. Binance isə FTX-nın müraciətinə baxmayaraq ona yardım etməkdən imtina etmişdi.
Paylaş
Bənzər xəbərlər