main-post-cover

    MediaTek şirkəti Intel biznesinin vacib şöbəsini 85 milyon dollara alır: Səbəb nədir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    18.11.2020
    Farid Pardashunas
        Mobil prosessorların istehsalı ilə məşğul olan MediaTek şirkəti Intel-in Enpirion Power Solutions adlı şöbəsini aldığını elan edib. Intel-in bu şöbəsi elektron cihazlar üçün enerjinin idarəsi sistemlərinin hazırlanması ilə məşğul olur. Gözləntilərə əsasən 85 milyon dollar dəyərində olan bu müqavilə ilin sonuna kimi bağlanacaq və MediaTek şirkətinin mobil bazarda mövqelərini gücləndirməyə imkan verəcək.
        Belə ki, şirkət bu müqavilə sayəsində öz məhsullarının növlərini genişləndirə biləcək. Bu barədə Gizmochina saytı xəbər verib. Analitiklərin fikirlərinə əsasən Intel-in Enpirion Power Solutions şöbəsini almaqla MediaTek şirkəti öz mobil platformalarını, inteqral sxemlərini və digər məhsullarını enerji baxımından yüksək effektivli sistemlər ilə təchiz edə biləcək. MediaTek şirkətinin öz bəyanatına əsasən bu müqavilə şirkət biznesinin rəqabət potensialını və effektivliyini gücləndirəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər