main-post-cover

    Meta şirkəti 11 000 nəfər işçinin işdən azad ediləcəyini elan edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    09.11.2022
    Farid Pardashunas
        Meta şirkətinin CEO-su Mark Zuckerberg rəsmi şəkildə elan edib ki, şirkətin 11 000 işçisi işdən azad ediləcək. Bu, Meta-nın bütün işçilərinin 13%-dir. Vəziyyətin bu həddə gəlib çatmasında Zuckerberg özünü və koronavirus pandemiyasının fonunda şirkətin böyüməsi barəsində olan hədsiz optimizmini günahlandırıb. O qeyd edib ki, şirkət öz işçi sayını azaltdıqdan sonra daha kompakt və effektiv olacaq. Meta-da baş vermiş bu vəziyyətin bir sıra səbəbləri var. Həmin səbəblərin arasında neqativ makroiqtisadi effektlər, rəqib şirkətlərin strategiyaları və Meta-nın öz inkişaf strategiyası var. TikTok-un aktiv istifadəçi kütləsinin böyüməsi və Apple şirkətinin öz platformasındakı konfindensiallıq siyasətinin dəyişilməsi Meta-nın reklam gəlirlərinin aşağı düşməsinə səbəb olub.
        Bundan əlavə olaraq şirkət metakainat layihəsinə həddindən artıq vəsait xərcləyib. Belə ki, təkcə bu il ərzində Meta bu istiqamətdə 9.4 milyard dollar vəsait itirib və gələcəkdə daha çoxunu itirməyə hazırlaşır. Bununla yanaşı şirkətin Horizon Worlds adlı virtual dünyası təkcə adi istifadəçilər arasında deyil, həmçinin Meta tərtibatçıları arasında da böyük marağa səbəb olmur. Bütün bu faktorlar şirkət səhmlərinin dəyərlərinin aşağı düşməsinə gətirib çıxardıb. Bu il şirkət səhmləri 70% dəyər itiriblər və Meta-nın bazar dəyəri 700 milyard dollar aşağı düşüb. Maraqlısı ondadır ki, 11 000 işçinin işdən azad edilməsi xəbərindən sonra şirkət səhmlərinin dəyəri 4% yüksəlib. İşdən azad ediləcək işçilərə şirkət tərəfindən köməklik göstəriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər