
Meta şirkəti işçilərinin növbəti ixtisarına start verib
Startup və Biznes
20.04.2023
Emil
Meta şirkəti öz işçilərinin növbəti ixtisarına başlayıb. Bu dəfə şirkətin texniki vəzifəsində çalışan işçilər öz işlərindən məhrum olacaqlar. Qeyd etmək lazımdır ki, Mark Zuckerberg işçilərin sözügedən ixtisarını hələ mart ayında anons etmişdi. Şirkət daxilində keçən il olmuş işçi ixtisarı çərçivəsində işlərini ilk itirmişlər kadr xidməti əməkdaşları idi. İndi isə növbə texniki vəzifədə çalışan şirkət əməkdaşlarına gəlib çatıb. Bəzi məlumatlara əsasən bu dəfə 4000 nəfər işçi iş yerindən azad ediləcək.
Şirkət ümumilikdə 10 000 nəfər işçinin ixtisarını planlaşdırır. Mart ayında Mark Zuckerberg bildirmişdi ki, işçilərin ixtisarından əlavə olaraq şirkət daxilində aşağı prioritetə sahib layihələr də ləğv ediləcək və üstəlik şirkətə yeni işçilərin qəbulu məhdudlaşdırılacaq. Keçən ilin sonuna olan statistikaya əsasən Meta-da 86 492 nəfər işçi çalışırdı. Şirkət tərəfindən iki dəfə reallaşdırılmış işçi ixtisarı nəticəsində şirkətdə çalışan insanların sayı 66 000 nəfər təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər