Logo
    main-post-cover

    Meta şirkəti Whatsapp ilə Facebook Messenger-in monetizasiyasını aktiv şəkildə reallaşdıracaq

    Startup və Biznes
    18.11.2022
    Emil
        Meta şirkətinin CEO-su olan Mark Zuckerberg şirkət əməkdaşlarına bildirib ki, şirkətin yeni satışlarını Whatsapp ilə Facebook Messenger stimullaşdıracaq. Bu üsul ilə Zuckerberg şirkət işçilərinin, Meta-nın maliyyə vəziyyəti ilə bağlı narahatlıqlarını azaltmağa çalışıb. Belə ki, şirkət hələ bir neçə müddət bundan öncə öz işçilərinin müəyyən hissəsinin işdən azad ediləcəklərini elan etmişdi. Söhbət, 11 000 nəfər işçidən gedir. Sözügedən elanın edilməsindən bir həftə sonra Zuckerberg şirkətə milyardlarla dollar gəlir gətirən Facebook Instagram-dan fərqli olaraq messencerlərin ilkin monetizasiya mərhələsində olduqlarını qeyd edib.
        “Biz, metakainat kimi uzunmüddətli imkanlardan tez-tez danışırıq. Lakin reallıq ondan ibarətdir ki, biznes messencerlər bizim biznesimizin yeni böyük təməli olacaqlar. Biz artıq Whatsapp ilə Facebook Messenger-in monetizasiyası üzrə aktiv şəkildə çalışmağa başlamışıq” - deyə Zuckerberg qeyd edib. Keçən il Zuckerberg həqiqətən də metakainata böyük üstünlük vermişdi. Onun sözlərinə əsasən metakainatı əhatə edən virtual artırılmış reallıq texnologiyaları uzunmüddətli perspektivdə şirkətin əsas gəlir mənbəyinə çevriləcəklər. Şirkət investorları isə bu cür planın reallaşdırılmasına şübhə ilə yanaşdılar və nəticədə Meta-nın səhmərinin dəyəri iki dəfə aşağı düşdü. İndi isə Meta-nın biznes strategiyası dəyişməyə başlayıb.
    Paylaş
    Bənzər xəbərlər