
Microsoft süni zəka sahəsi vasitəsilə illik dövriyyəsini 10 milyard dollara yüksəldəcək
Startup və Biznes
20.06.2023
Emil
Microsoft şirkəti son aylar ərzində süni zəka sahəsində yaşanan yüksəlişdən ən çox mənfəət qazanan şirkətlərdən biridir. ChatGPT və digər süni zəka sistemləri sayəsində şirkət öz gəlirini diqqət çəkəcək dərəcədə yüksəltməyə davam edir. Şirkət süni zəka sahəsi sayəsində öz illik dövriyyəsini daimi şəkildə yüksəldir. JPMorgan Chase analitikləri bu cür proqnozları dəstəkləyəndən sonra şirkətin səhmlərinin dəyəri 348.10$-a yüksəldi. Qeyd etmək lazımdır ki, ChatGPT-nin yaradıcısı olan OpenAI şirkətinin əsas dəstəkçisi məhz Microsoft-dur.
OpenAI-ya külli miqdarda investisiyalar yatırandan sonra Microsoft şirkətin süni zəka sistemlərindən istifadə etmək imkanına sahib oldu. Bura həmçinin ChatGPT-nin pullu versiyası olan ChatGPT Plus-ın əsasını təşkil edən GPT-4 dil modeli də daxildir. Microsoft öz növbəsində OpenAI-ya Azure bulud infrastrukturunun resurslarını da təqdim etdi. Nəticədə bu ilin əvvəlindən şirkətin səhmlərinin ümumi dəyəri 46% yüksəlib. Şirkətin maliyyə direktoru olan Amy Hood bildirib ki, Azure şöbəsi son maliyyə rübü üzrə göstəricilərini yaxşılaşdıracaq və şirkətin illik dövriyyəsi 10 milyard dollara çatacaq.
Paylaş
Bənzər xəbərlər