Logo
    main-post-cover

    Milyarder Richard Brensona-a məxsus Virgin Orbit şirkəti fəaliyyətini dayandırıb

        Məşhur britaniyalı milyarder Richard Brenson-a məxsus olan Virgin Orbit Holdings Inc. şirkəti bilinməyən müddətə qədər fəaliyyətini dayandırır. Səbəb isə şirkətin bir çox sahədə işlərini dayandırmış maliyyə böhranıdır. Şirkət artıq 675 nəfər işçinin ixtisarını elan edib. Bu isə şirkətin bütün işçi sayının 85%-i deməkdir. Şirkətin iflas prosesi faktiki olaraq onun yanvar ayındakı uğursuz raket uçuşundan sonra başladı. Şirkətin yeni mərhələyə yüksəlməsinə şərait yaradacaq hadisə nəticədə onun iflasını başlatdı.
        Bu ayın əvvəlində şirkət öz fəaliyyətini dayandırmış və əlavə maliyyə mənbələrinin axtarışına başlamışdı. Qeyd etmək lazımdır ki, Richard Brenson-a məxsus olan Virgin Atlantic Virgin Galactic şirkətləri də maliyyə baxımından uğur qazana bilmədilər. Bloomberg saytının verdiyi məlumata əsasən Virgin Orbit hələ də öz biznesini tam şəkildə və ya onun bir hissəsini satmağa çalışır. Qeyd etmək lazımdır ki, Virgin Orbit şirkəti 2017-ci ildən fəaliyyət göstərirdi və 2021-ci ildə şirkət birjaya çıxmışdı. Şirkətin biznesi kiçik ölçülü peyklərin Yer kürəsinin orbitinə göndərilməsi ilə bağlı idi.
    Paylaş
    Bənzər xəbərlər