Mobil prosessor bazarında yeni oyunçu?: Nvidia şirkəti ARM Holdings-in alınması üzrə danışıqlar aparır

Mobil prosessor bazarında yeni oyunçu?: Nvidia şirkəti ARM Holdings-in alınması üzrə danışıqlar aparır

Startup və Biznes
01.08.2020 PAYLAŞIM

    İyul aynın ortasında məlumat ortaya çıxmışdı ki, Yaponiyanın Softbank şirkəti mobil cihazlar üçün nəzərdə tutulmuş RISC prosessorların hazırlanması ilə məşğul olan ARM Holdings şirkətini satmağı planlaşdırır. Məlumatda qeyd olunurdu ki, ARM Holdings-in alınmasında Apple şirkəti maraqlıdır. Lakin sonradan Apple bu məlumatları təkzib etdi. Yeni məlumata əsasən ARM Holdings-in alınmasında Nvidia şirkəti maraqlıdır. Bu barədə The Verge saytı xəbər verib. Məlumata əsasən Nvidia şirkəti ARM Holdings-in əldə olunması üçün Softbank ilə ilkin danışıqlar aparır.

    Güman olunur ki, bu cür müqavilə Nvidia şirkətinə 32 milyard dollara başa gələcək. Qeyd etmək lazımdır ki, Softbank şirkəti ARM Holdings-i 2016-cı ildə 31 milyard dollara almışdı. Həmin vaxtda bu, Avropada reallaşdırılmış ən böyük İT müqavilə olmuşdu. İnsayderlər qeyd ediblər ki, ARM Holings-in alınması məsələsində Softbank ilə danışıqlar aparan yeganə şirkət məhz Nvidia-dır. Qeyd etmək lazımdır ki, ARM Holdings demək olar bütün mobil prosessorlarda istifadə olunan Cortex nüvələrinin və üstəlik Mali qrafik sürətləndiricilərinin hazırlanması ilə məşğul olur.


    Başa düşmək lazımdır ki, şirkət özü birbaşa istehsal ilə məşğul olmur. O sadəcə olaraq Qualcomm, Samsung, MediaTek, Huawei və digər şirkətlər üçün öz texnologiyalarını lisenziyalaşdırır. Müəyyən müddət ərzində şirkətin tenxologiyalarından Apple şirkəti istifadə edirdi. Lakin nəticədə Apple fərdi texnologiyalara keçid etmək qərarına gəldi. Nvidia-nın, ARM Holdings-in əldə olunmasında maraqlı olması gözləniləndir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft şirkəti TikTok-un bütün qlobal biznesini almaq istəyir: Məsələ ilə bağ..

Microsoft şirkəti TikTok-in Hindistan və Avropa biznesləri də daxil olmaqla bütün qlobal biznesini a..


Donald Trump, TikTok-un və WeChat-ın ABŞ-da bloklanması qərarını verdi: TikTok-u..

ABŞ prezidenti Donald Trump amerikalıların TikTok (ByteDance) servisindən və WeChat (Tencent) messen..


Apple şirkətinin baş marketoloqu Phil Schiller 23 illik fəaliyyətdən sonra vəzif..

Apple şirkətinin beynəlxalq marketinq üzrə baş vitse-prezidenti Phil Schiller 23 illik fəaliyyətdən ..


Samsung şirkəti də ARM Holdings-in alınmasında maraqlıdır: Şirkət nəticədə kimə ..

Nvidia-nın ARM Holdings-i almaq istəyi nəticəsində ən böyük mobil prosessor istehsalçılarından birin..


Uber şirkəti Londonda çay taksi servisini işə alıb

ABŞ-ın taksi və çatdırılmış şirkəti olan Uber, Thames Clippers adlı çay tramvayı servisi ilə birlikd..


Microsoft, TikTok-un ABŞ biznesinin alınması danışıqlarını təsdiqləyib: Yeni məl..

Microsoft şirkəti TikTok servisinin ABŞ biznesinin alınması barədə danışıqların aparıldığını təsdiql..

×