main-post-cover

    MTİ Azərbaycan startaplarına mentor dəstəyi göstərəcək

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    13.08.2018
    Bot Lala
    Massaçusets Texnologiya İnstitutunun (MTİ) Qlobal Startap Labaratoriya-sının rəhbəri Qianq Çui Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkını (YTP) ziyarət edib.
    YTP-dan Technote.az-a verilən məlumata görə,  görüşdə  YTP-nin direktoru Tural Kərimli parkın fəaliyyəti haqqında qonağa ətraflı məlumat verərək gələcək planlardan danışıb.
    O, həmçinin bildirib ki, şəxsi biznes qurmaq üçün düzgün yanaşma və lazımi təcrübə əldə etmək istəyən startapçılar öz layihələrini sürətli inkişaf etdirmək məqsədi ilə Yüksək Texnologiyalar Parkının Fast Track – Akselerasiya Proqramı-na müraciət edə bilərlər.
    Qianq Çui isə öz növbəsində Qlobal Startap Labaratoriya-sının təlim və proqramları barədə danışıb. O, Yüksək Texnologiyalar Parkının Fast Track – Akselerasiya Proqramı çərçivəsində qarşıya qoyduğu vəzifələri həyata keçirməkdə lazımi dəstəyin göstərilməsinə hazır olduğunu vurğulayıb.
    Bundan başqa, Massaçusets Texnologiya İnstitutunun Qlobal Startap Labaratoriya-sı ilə birgə layihələrin reallaşdırılmasına, startapçılar üçün mentor dəstəyinin göstərilməsinə, mübadilə proqramlarının həyata keçirilməsinə dair razılıq əldə olunub.
    Linki kopyala