main-post-cover

    OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    31.08.2023
    Emil Nəcəfov
        Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti bir sıra süni zəka texnologiyasına və məhsuluna sahibdir. Onlara misal olaraq GPT dil modelini və onun əsasında çalışan ChatGPT çat-botunu gətirmək olar. Anonim mənbənin vermiş olduğu məlumata əsasən Microsoft tərəfindən dəstəklənən OpenAI şirkəti hər ay təqribi olaraq 80 milyon dollar qazanc əldə edir. The Information saytı hələ bir neçə müddət bundan öncə məlumat vermişdi ki, şirkət keçən il GPT-4 dil modelinin və ChatGPT çat-botunun hazırlanması mövzusunda 540 milyon dollar vəsait itirib. Dünən məlum oldu ki, şirkət ChatGPT-nin ChatGPT Enterprise adlı korporativ versiyasını istifadəyə verib. Bu da şirkətin pul qazanmaq üçün düşünülmüş növbəti addımıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər