Owbike platforması Zoho korporasiyası ilə əməkdaşlığa başladı

Owbike platforması Zoho korporasiyası ilə əməkdaşlığa başladı

Startup və Biznes
07.06.2019 PAYLAŞIM

    Owbike platformasının istifadəçiləri yaxın zamanda saytyaratma xidməti daxilində korporativ email yaratma imkanından da istifadə edə biləcəklər. Email-lərin yaradılması və saxlanılması üçün lazım olan platforma isə Zoho şirkətinin Zoho Workplace olaraq tanınan email servisi tərəfindən təmin olunacaq. Şirkətlər göstəriləcək xidməti təsdiq edən müqaviləni 03.06.19 tarixində imzalayıblar. Müqavilə şərtlərinə əsasən, Owbike Zoho Email servislərinin rəsmi satışını gerçəkləşdirəcək. Email xidməti Owbike istifadəçiləri üçün növbəti sistem yenilənməsindən etibarən əlçatan olacaq. Əlavə olunan imkanın digər detalları yaxın zamanlarda Owbike platformasının yeni versiyasında öz əksini tapacaq. Həmçinin tərəflər arasında Zoho Email xidmətlərinin dil seçimləri arasına Azərbaycan dilinin də əlavə olunması barədə danışıqlar gedir.

    Qeyd edək ki, Zoho email hostinqi 2019-cu il üzrə ən yaxşı email hostinq servisləri arasında yer alır. Owbike isə heç bir texniki biliklərə ehtiyac olmadan sayt yaratmaq imkanını təqdim edən yerli platformadır.

Bənzər xəbər



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Keçən il ən çox gəlir əldə etmiş şirkət CEO-ları kimlərdir?

Bloomberg nəşriyyatı 2019-cu il üzrə ABŞ-ın ən çox gəlir əldə etmiş şirkət rəhbərlərinin reytinqini ..


Pavel Durov startapların məhv edilməsinə görə Apple və Google şirkətlərini tənqi..

Telegram-ın və Vkontakte-nin yaradıcısı Pavel Durov əmindir ki, bu şirkətlər öz vəziyyətlərindən su-..


Huawei şirkəti reytinq rekordları qırır: Statistika

WPP və Kantar marketinq agentliklərinin hesabatlarına əsasən Huawei şirkəti BrandZ reytinqində dünya..


Facebook şirkəti startaplara investisiya üçün vençur fondu yaradır

Facebook şirkəti New Product Experimentation (NPE) komandası üçün investisiyalar üzrə rəhbər vakansi..


Apple şirkəti virtual reallıqda tədbirlərin canlı yayımını edən NextVR adlı star..

Apple şirkəti Kaliforniyanın NextVR adlı startapını aldı. Bu startap idman və əyləncə tədbirlərinin ..


'Azərbaycanın Ən Yaxşı Startapı' adını hansı komanda qazanacaq?

“Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə..

×