
PayPal Holdings şirkəti Pinterest-i 40 milyard dollara ala bilər
Startup və Biznes
20.10.2021
Emil
PayPal Holdings şirkəti Pinterest sosial şəbəkəsini almaq imkanını nəzərdən keçirdir. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Pinterest 2019-cu ildə birjaya çıxmışdı və onun ilkin bazar dəyəri 10 milyard dollar dəyərində qiymətləndirilmişdi. Bu məsələ ilə yaxından əlaqəli olan şəxslərin sözlərinə əsasən bir neçə müddət bundan öncə PayPal şirkəti Pinterest-ə müraciət edib və onun alınması təklifini edib. Məlumata əsasən tərəflər Pinterest-in səhm qiymətinə əsaslanaraq potensial müqavilənin dəyərini müzakirə ediblər.
Qeyd etmək lazımdır ki, Pinterest-in bir səhminin qiyməti 70$ təşkil edir. Bu qiyməti nəzərə alaraq Pinterest-in bazar dəyəri təqribi olaraq 39 milyard dollar təşkil edir. İki şirkət arasındakı potensial müqavilə xəbərinin ortaya çıxmasından sonra Pinterest-in səhm qiyməti 19% yüksəlib. PayPal-un isə səhm qiyməti aşağı düşüb və onun bazar dəyəri 309 milyard dollar təşkil edib. Bloomberg-in sözlərinə əsasən Pinterest-in həmtəsisçisi Evan Sharp şirkətdən qovulduğu üçün sosial şəbəkə hal hazırda çətin zamanlardan keçir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
