Logo
    main-post-cover

    Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə edib

    Startup və Biznes
    16.11.2020
    Emil
        Bir neçə müddət bundan öncə təsdiq olunmamış məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq üçün ABŞ hökumətindən lazımi icazə lisenziyasını əldə edib. İndi isə Qualcomm şirkəti bu məsələyə rəsmi şəkildə şərh verib. Bu barədə Gizchina saytı xəbər verib. Verilmiş məlumata əsasən Qualcomm şirkəti bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatları təsdiqləyib. “Biz, 4G məhsullar da daxil olmaqla bir sıra məhsullar üçün lisenziya əldə etmişik” - deyə Qualcomm bildirib.
        Qualcomm öz növbəsində söhbətin hansı məhsullardan getdiyi barəsində bir məlumat verməyib. Güman olunur ki, şirkət Huawei üçün 5G dəstəyinə sahib olmayan mobil prosessorların istehsalı üzrə icazə lisenziyasını əldə edib. İstisna deyil ki, bu məsələdə Huawei üçün mobil prosessorların xüsusi versiyaları istehsal olunsun. Son məlumatlara əsasən Huawei şirkəti Qualcomm-un prosessorlarından P flaqman seriyasının növbəti smartfonlarında istifadə edəcək.
    Paylaş
    Bənzər xəbərlər