
Richard Brenson-a məxsus Virgin Orbit şirkəti rəsmi olaraq iflasını elan edib
Startup və Biznes
04.04.2023
Emil
Keçən həftə məlum olmuşdu ki, milyarder Richard Brenson-a məxsus olan Virgin Orbit şirkəti bilinməyən vaxta kimi fəaliyyətini dayandırıb. Səbəb isə şirkətin maliyyə çatışmazlığıdır. İndi isə məlum olub ki, şirkət ABŞ məhkəməsinə iflas ilə bağlı müraciət edib. Virgin Orbit bunu öz layihələrinin yerinə yetirilməsi üçün lazımi maliyyəyə sahib olmadığı ilə əlaqələndirib. Məlumatda qeyd edilib ki, şirkətin bəyanatı ABŞ qanunvericiliyinin iflas ilə bağlı məcəlləsinin 11-ci bəndinə uyğun olaraq verilib.
Bu isə o deməkdir ki, şirkətin biznesi yenidən təşkil prosesindən sonra potensial alıcı olduğu halda satıla bilər. Keçən ilin sentyabr ayına olmuş statistikaya əsasən Virgin Orbit şirkəti 243 milyon dollar büdcəyə və 153.5 milyon dollar borca sahib olub. Sözügedən şirkət Richard Brenson-un digər şirkəti olan Virgin Galactic tərəfindən 2017-ci ildə təsis edilmişdi. 2021-ci ildə şirkət birjaya çıxmışdı. Lakin birjaya çıxmaqla şirkət daha öncə planlaşdırılandan 255 milyon dollar daha az investisiya cəlb edə bildi.
Paylaş
Bənzər xəbərlər