main-post-cover

    Samsung şirkəti də ARM Holdings-in alınmasında maraqlıdır: Şirkət nəticədə kimə satılacaq?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    04.08.2020
    Emil Nəcəfov
        Nvidia-nın ARM Holdings-i almaq istəyi nəticəsində ən böyük mobil prosessor istehsalçılarından birinə çevrilmək məqsədi barəsində məlumatların yayılmasından sonra insayderlər bu mövzuya daha bir şirkətin qoşulduğunu bildiriblər. Söhbət, Samsung şirkətindən gedir. Belə k, insayderlərin verdikləri məlumata əsasən Samsung şirkəti ARM Holdings-in biznesinin minimum bir hissəsinin alınmasında çox maraqlıdır. Bu barədə 4pda saytı xəbər verib. Hələ 2012-ci ildə Samsung şirkəti yarımkeçirici məhsulların istehsalı ilə məşğul olan ASML Holdings-in səhmlərinin 3%-ni almışdı.
        Həmin vaxtda bu müqavilə Samsung-a 642 milyon dollara başa gəlmişdi. Lakin ASML Holdings-ə maraq Samsung-da elə-belə yaranmamışdı. Belə ki, ASML Holdings dünyanın ən böyük litoqrafik sistem istehsalçılarından biridir və ekstremal EUV ultrabənövşəyi şüalar əsasında litoqrafiya üçün yeganə təchizat istehsalçısıdır. Görünür, Samsung bu dəfə də eyni strategiya üzrə ARM Holdings-in səhmlərini əldə etmək niyyətindədir. Belə ki, ARM Holdings mobil mikrosxem arxitekturalarının hazırlanması sahəsində dünya lideridir.
        Bundan əlavə olaraq şirkət öz texnologiyalarından istifadə məsələsində Apple, Samsung və Qualcomm kimi şirkətlərə lisenziya sataraq yaxşı gəlir əldə edir. ARM Holdings-in müəyyən payının əldə olunması ilə Samsung şirkəti bu məsələdə öz xərclərini azalda bilər. “Samsung şirkəti ARM Holdings-də kiçik payın alınması imkanını nəzərdən keçirdir. Söhbət, 3%-5% paydan gedir” - deyə anonim mənbə qeyd edib. Analitiklərin məlumatlarına əsasən nəticədə ARM Holdings bir neçə şirkətdən ibarət olan konsorsium tərəfindən alınacaq. Belə ki, ARM Holdings-in çox qəliz strukturu var. Məlumata əsasən Softbank şirkəti ARM Holdings-i 41 milyard dollardan aşağı qiymətə satmaq niyyətində deyil.
    Linki kopyala