
Saytında 'Penis' sözü yazmış startap 6 milyon dollar ilə yoxa çıxdı
Startup və Biznes
29.01.2018
Emil
Reddit saytının isitfadəçiləri aşkar ediblər ki, tərəvəzlərin nişanlanması sistemini yaradan Prodeum adlı startapın saytındakı məlumatlar yox olub.
Hal hazırda onun saytında yalnız
bir söz əks olunur. Bundan öncə isə 8 gün ərzində keçirilmiş ICO vasitəsilə
Prodeum 6 milyon dollar qazanmışdı. Sözügedən layihə tərəvəz və meyvələrin yeni
nişanlanma sistemini yaradırdı. Həmin nişanlanma sistemi sayəsində alıcı məhsulun
mənşəyini və yetişdirilmə şəraitini öyrənə bilərdi.
Prodeum-un tokenləri 20
Yanvar tarixində satışa çıxdı. ICO-nun sona çatdırılması isə 13 Fevral tarixinə
planlaşdırılırdı. TokenDesk saytının məlumatına əsasən 8 gün ərzində layihə ICO
vasitəsilə 6 milyon dollar vəsait yığmışdı. Məlumata əsasən Prodeum-un
saytındakı bütün məlumatlar 28-29 Yanvar tarixlərində yoxa çıxdı. Məlumatların
yerinə saytın ana səhifəsində “Penis” sözü əks olunub. Bütün bunların nə məna kəsb
etdiyini anlamaq çətin məsələdir.
Paylaş
Bənzər xəbərlər