
Şirkət adının dəyişdirilməsi Meta-ya 20 milyon dollara başa gələ bilər
Startup və Biznes
07.11.2021
Emil
Bir neçə müddət bundan öncə Facebook irimiqyaslı rebrendinq reallaşdırmışdı. Belə ki, məşhur sosial şəbəkənin daxil olduğu şirkət artıq Meta adlanır. Facebook, Instagram və Whatsapp öz adlarını qoruyub saxlayıblar. Onlar sadəcə olaraq Meta-nın törəmə şirkətləri kimi çıxış edirlər. İndi isə məlum olub ki, şirkət adının Meta-ya dəyişməsi 20 milyon dollara başa gələ bilər. Məsələ burasındadır ki, Facebook yeni ticarət nişanının qeydiyyat sorğusunu 28 oktyabr tarixində göndərmişdi. Lakin Zack Shutt adlı şəxs öz startapı üçün Meta adlı ticarət nişanının qeydiyyat sorğusunu hələ avqust ayında göndərmişdi. Hal hazırda lazımi qurumlar heç bir tərəfin sorğusuna cavab verməyib.
Bu isə o deməkdir ki, ad dəyişikliyi ilə bağlı məsələdə məhkəmə mübahisələri ola bilər. Qeyd etmək lazımdır ki, Zack Shutt-ın şirkəti müxtəlif məhsullar ilə xidmətləri təklif edir. Bura kompüterlər, noutbuklar, planşetlər, proqram təminatları və texnologiyalar ilə bağlı digər variantlar daxildirlər. Buna görə də məhkəmə prosesi halında Mark Zuckerberg Meta adının əldə olunmasında çətiniklər ilə qarşılaşa bilər. Zack Shutt öz növbəsində bildirib ki, o, Mark Zuckerberg-in 20 milyon dollar ödəyəcəyi halda Meta adlı ticarət nişanından imtina etməyə hazırdır. O qeyd edib ki, öz şirkətinin yeni rebrendinqi bir xeyli vəsait tələb edəcək. Məsələnin necə davam edəcəyi hələ bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
