Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıqda maraqlı deyil

Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıqda maraqlı deyil

Startup və Biznes
27.11.2020 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Qualcomm şirkəti ABŞ sanksiyalarına məruz qalmış Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyası əldə etmişdi. Lakin Huawei şirkətinin rəhbərliyi bildirib ki, hazırki vaxtda o, Snapdragon prosessorlarının istifadəsində maraqlı deyil. Bu barədə Gizchina saytı xəbər verib. Huawei şirkətinin biznes üçün bulud servislər şöbəsinin prezidenti Zhang Pingan bildirib ki, Huawei rəhbərliyi Qualcomm şirkətinin bu məsələni nizamlaması cəhdlərini görür.

    O əlavə edib ki, lazımi variant ortaya çıxarsa, Huawei şirkəti Qualcomm-dan prosessor alınması məsələsini nəzərdən keçirdəcək. Bununla yanaşı Huawei şirkətinin partnyorlarından birinin sözlərinə əsasən hal hazırda şirkət tərəfindən müxtəlif 4G cihazlara olan sifariş həcmi artır. Qeyd etmək lazımdır ki, Qualcomm, AMD, Sony Intel şirkətləri Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə ediblər və bu şirkəltər Huawei üçün lazımi təchizatı istehsal edə bilərlər.


    Lakin Qualcomm ilə bağlı məsələdə bir vacib nüans var. Belə ki, ABŞ sanksiyalarına əsasən Qualcomm şirkəti Huawei üçün yalnız 4G dəstəkli prosessorları istehsal edə bilər. Bu isə öz növbəsində Qualcomm ilə əməkdaşlıq məsələsini Huawei üçün o qədər də böyük maraq kəsb etmir. Huawei əksinə 5G dəstəkli platformaların istehsalat miqyasının genişləndirilməsinə diqqətini ayırmaq istəyir. ABŞ sanksiyaları səbəbilə Huawei artıq özünün Kirin prosessorlarından imtina etməli olub. Bu isə şirkətin flaqman smartfonları üçün Kirin 9000 prosessorunun çatışmazlığına səbəb ola bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Böyük Britaniya Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa ..

Böyük Britaniya hökuməti Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa start verib..


Telegram-ın bazar dəyəri IPO nəticəsində Whatsapp-dan daha yüksək ola bilər..

Telegram IPO keçirtməyə hazırlaşır. Bu, artıq yaxın illərdə baş verməlidir.


Microsoft Siri-nin yaradılmasında rol oynamış Nuance adlı şirkəti 19.7 milyard d..

Microsoft rəsmi şəkildə Nuance Communications şirkətini aldığını elan edib.


Çin hökuməti Alibaba şirkətini 2.8 milyard dollar dəyərində cərimələyib..

Çinin antimonopoliya təşkilatı Alibaba şirkətini 2.8 milyard dollar dəyərində cərimələyib. Bunun əsa..


Yerli startup WHELP 'Techstars Toronto 2021' proqramına vəsiqə qazanıb

2017-ci ildən fəaliyyətə başlayan Whelp startup-ı “Techstars Toronto 2021” proqramına vəsiqə qazanıb..


Tim Cook Apple şirkətindən ayrılma barəsində danışıb

Apple şirkətinin CEO-su Tim Cook öz vəzifəsindən getmək barədə düşünür. Onun sözlərinə əsasən o, şir..

×