main-post-cover

    Softbank şirkəti ən böyük prosessor istehsalçılarından biri olan ARM Holdings-i sata bilər: Səbəb nədir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    14.07.2020
    Emil Nəcəfov
        The Wall Street Journal saytının verdiyi məlumata əsasən Yaponiyanın Softbank şirkəti Britaniyanın məşhur prosessor istehsalçısı olan ARM Holdings-in taleyi barəsində düşünməyə başlayıb. Məlumatda qeyd edilib ki, Softbank şirkəti ARM Holdings-in IPO-nu keçirtməyi və ya ümumiyyətlə şirkəti satmağı planlaşdırır. Bunun əsas səbəbi isə Apple şirkətinin Intel prosessorlarından imtina edərək özünün ARM prosessorlarına keçid etməsidir.
        Belə ki, Apple şirkətinin bu cür qərarı prosessor bazarının digər oyunçularına ciddi təsir göstərə bilər. Buna görə də Softbank şirkəti sahib olduğu ARM Holdings-dən maksimum mənfəət qazanmaq istəyir. Qeyd etmək lazımdır ki, bu xəbərin çıxmasından sonra Softbank-ın səhmlərinin qiyməti 1% yüksəldi. Softbank şirkəti ARM Holdings-i 2016-cı ildə almışdı.
        Həmin vaxtda bu cür alışın Softbank-a hansı qiymətə başa gəldiyi barəsində məlumat verilməmişdi. Lakin bəzi məlumatlara əsasən bunun üçün Softbank 32 milyard dollar vəsait ödəmişdi. Nəticədə Softbank şirkəti ARM Holdings-in səhmlərinin 75%-nə sahib oldu. Səhmlərin yerdə qalan 25%-i isə Softbank-ın Vision Fund adlı investisiya fonduna daxil oldu.
    Linki kopyala