main-post-cover

    SpaceX son 2 ildə ilk dəfə təmiz gəlir əldə edib

    Startup və Biznes
    18.08.2023
    Emil Nəcəfov
        2 il ərzində olmuş vəsait itkilərindən sonra SpaceX şirkəti sonunda gəlir əldə edib. Belə ki, 2023-cü ilin birinci rübü üzrə nəticələrə əsasən şirkət müsbətə çıxa bilib. 2022-ci ildə SpaceX öz dövriyyəsini bir xeyli artırmışdı. Şirkətin dövriyyəsi həmin vaxtda 4.6 milyard dollar təşkil etmişdi. Bu isə 2021-ci ildəki göstəricidən 2 dəfə böyükdür.
        Lakin bütün bunlara baxmayaraq şirkət gəlir əldə edə bilmədi və onun vəsait itkiləri ümumilikdə 559 milyon dollar təşkil etdi. 2023-cü ilin əvvəli isə SpaceX üçün uğurlu olub. Belə ki, bu ilin birinci rübü üzrə şirkət 55 milyon dollar təmiz gəlir əldə edib. Qeyd etmək lazımdır ki, şirkətin əsas gəlir mənbəyi ABŞ hökuməti və biznesi ilə olan müqavilələrdir. Şirkət özəl və dövlət peyklərini kosmosa çatdırmaqla yanaşı həmçinin astronavtları və faydalı yükləri BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər