Startaplardan biri ChatGPT vasitəsilə öz işlərini sürətləndirə bilib

Startaplardan biri ChatGPT vasitəsilə öz işlərini sürətləndirə bilib

Startup və Biznes
02.05.2023 PAYLAŞIM

    Genies startapının rəhbəri Akash Nigam 120 nəfər işçisinə süni zəka əsaslı ChatGPT çat-botunun Plus abunəliyini əldə edib. Bu öz növbəsində 1 aydan sonra startapın işlərini daha da sürətləndirib. 1 milyard dollar bazar dəyərinə sahib Genies adlı startap virtual avatarların yaradılması ilə məşğul olur. Startapın yaratdığı avatarlar Justin Bieber Car B kimi məşhurlar tərəfindən istifadə edilir. Bütün işçilərin süni zəka əsaslı çat-botun Plus abunəliyindən istifadə etmələri startapa ayda 2400$-a başa gəlir. Akash Nigam mart ayından başlayaraq öz işçilərindən monoton iş tapşırıqlarının avtomatlaşdırılması üçün çat-botdan istifadəni tələb edir.

    Startapın işçilərinin ChatGPT Plus abunəliyinə sahib olmalarından 1 ay keçməsinə baxmayaraq startap rəhbərinin sözlərinə əsasən bir çox tapşırıqlar artıq daha sürətli şəkildə yerinə yetirilir. Nigam bildirib ki, startapın əməkdaşları ChatGPT-dən riyaziyyat, kodların və texnologiyaların yaradılması, prezentasiyalar və yaradıcı brifinqlər üçün ssenarilərin tərtib oilunması və hüquqi sənədlərin hazırlanması kimi mövzularda olan suallara cavabların əldə edilməsi üçün istifadə edirlər. Bundan əlavə olaraq ChatGPT şirkətin yeni məhsulun istifadəyə verilməsi ilə bağlı olan strategiyasını əks etdirən planın tərtib edilməsində də çox faydalı olub. Nigam-ın sözlərinə əsasən adətən bu cür planın hazırlanması üçün saatlarla vaxt lazım olur. Lakin bunun yerinə startap çat-bota lazımi məlumatları təqdim edir və çat-bot həmin məlumatlar əsasında doğru planı tərtib edir. 




DAHA ÇOX


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.


Avropa Birliyinin süni zəka ilə bağlı qanun layihəsi səbəbilə OpenAI Avropa baza..

OpenAI şirkətinin CEO-su olan Sam Altman xəbərdarlıq edib ki, Avropa Birliyi regionunda süni zəka sa..


Meta şirkəti növbəti işçi ixtisarını reallaşdırır

Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçinin ixtrisarını reallaşdırmışdı...


Shutterstock şirkəti Giphy servisini Meta-dan alacaq

Shutterstock şirkəti Giphy servisinin 53 milyon dollara əldə edilməsi üçün Meta şirkəti ilə razılığa..

×