Logo
    main-post-cover

    Tesla yeni satış rekorduna imza atıb

        Görünür, ilin əvvəlində Tesla elektromobillərinin satış qiymətlərinin aşağı düşməsi öz effektivliyini sərgiləyib. Belə ki, Tesla analitiklərin gözləntilərini geridə qoyaraq satış mövzusunda yeni şəxsi rekorduna imza atıb. Verilmiş məlumata əsasən Yanvar ayından mart ayının sonuna kimi şirkət 440 808 ədəd elektromobil istehsal edib. Analitiklər isə 432 513 ədəd elektromobilin istehsal ediləcəyini proqnozlaşdırırdılar. Bununla belə şirkət bütün dünyada 422 875 ədəd elektromobil satıb.
        Analitiklər isə bu göstəricinin 421 164 ədəd elektromobil olacağını proqnozlaşdırmışdılar. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin birinci rübündə şirkət 36% daha az elektromobil satmışdı. Məlumatda qeyd edilib ki, satılmış elektromobillərdən 412 180 ədədi Model 3 ilə Model Y olub. Model S ilə Model X-dən isə 10 695 ədəd satılıb. Qeyd etmək lazımdır ki, ilin əvvəlində Tesla öz elektromobillərinin satış qiymətlərini iki dəfə aşağı salıb. Belə ki, sahib olduğu komplektasiyadan asılı olaraq Model 3-ün qiyməti 14%, Model Y-ın qiyməti 20%, Model S-in qiyməti 5%, Model X-in qiyməti isə 9% aşağı düşüb.
    Paylaş
    Bənzər xəbərlər