main-post-cover

    TikTok 345 milyon avro dəyərində cərimələnib

    Startup və Biznes
    18.09.2023
    Emil Nəcəfov
        İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərində cərimələyib. Komissiyanın fikrincə TikTok azyaşlı istifadəçilərin personal məlumatlarını qorumaq üçün yetəri qədər səy göstərmir. DPC bu məsələni 2021-ci ilin sentyabr ayından araşdırıb. DPC-nın araşdırmasına əsasən TikTok Avropa Birliyinin məlumatların qorunması üzrə aktual qanunlarını pozub.
        Belə ki, platforma bütün azyaşlı istifadəçilərin hesablarına standart olaraq açıq hesab rejimini tətbiq edib. Bunun sayəsində istənilən şəxs azyaşlı istifadəçilərin məlumatlarını əldə etmiş, onların paylaşımlarını izləmiş və hətta onlara mesajlar da göndərmiş ola bilər. Bundan əlavə olaraq DPC təyin edib ki, TikTok-dakı valideyn nəzarəti funksiyası kənar şəxslərə eyni əməliyyatları yerinə yetirmək imkanını verir. Bu da öz növbəsində azyaşlı istifadəçilərin məlumatlarını təhlükə altına atır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər