
TikTok bütün amerikalı istifadəçilərin məlumatlarını öz serverlərindən siləcək
Startup və Biznes
27.03.2023
Emil
TikTok-un rəhbəri Shou Zi Chew keçən həftə ABŞ Konqressi qarşısında çıxış etmişdi. Öz çıxışı zamanı o bildirib ki, şirkət bu ilin sonuna kimi bütün amerikalı TikTok istifadəçilərinin məlumatlarını şirkət serverlərindən siləcək. Bundan əlavə olaraq Shou Zi Chew Project Texas adlı layihə barəsində ətraflı məlumat da təqdim edib. Sözügedən layihə amerikalı istifadəçilərin məlumatlarının Oracle şirkətinin ABŞ-da yerləşən serverlərinə köçürülməsi üçün nəzərdə tutulub. Müvafiq olaraq həmin məlumatlara amerikalı təmsilçilər nəzarət edəcəklər. Bu, TikTok-un, ABŞ hökuməti tərəfindən sosial şəbəkəni öz ərazisində bloklamamağı üçün nəzərdə tutulmuş daha geniş proqramın bir hissəsidir. Bununla yanaşı TikTok-un sahibi olan ByteDance şirkəti ABŞ Konqressini inandırmağa çalışır ki, TikTok gənc istifadəçilərin təhlükəsizliklərinin təmin olunması üçün nəzərdə tutulmuş bir sıra imkanlara sahibdir. Öz çıxışı zamanı Shou Zi Chew bildirib ki, şirkət amerikalı istifadəçilərin məlumatlarını bu il ərzində öz serverlərindən kənarlaşdıracaq.
Paylaş
Bənzər xəbərlər