main-post-cover

    TikTok moderatorları sosial şəbəkəni məhkəməyə veriblər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    26.12.2021
    Emil Nəcəfov
        Məşhur TikTok sosial şəbəkəsinin moderatorları servisin özünü və onun sahibi olan ByteDance şirkətini məhkəməyə veriblər. Səbəb isə şirkət tərəfindən yaradılmış qeyri-insani iş şərtləridir. Moderatorlar bildiriblər ki, onlar sutkada 12 saat çalışırlar və çox zaman qətl, zorakılıq və kannibalizm ilə bağlı videoları izləməli olurlar. Bu səbəblə də bəzi moderatorların səhhətlərində problemlər yaranıb və onlar gecələr qorxunc yuxular görməyə başlayıblar. Onlar bildiriblər ki, sutkada 12 saat çalışırlar və ümumilikdə 1 saat nahar fasiləsi ilə hər biri 15 dəqiqə olmaqla 2 dəfə ayrıca fasilə əldə edirlər.
        Müqavilə şərtlərinə əsasən bir videonun moderasiya olunması üçün moderatora 25 saniyə vaxt verilir. Buna görə də moderatorlar eyni anda bir neçə videoya baxmalı olurlar. Söhbət, zorakılığı, qətlləri və kannibalizm səhnələrini əhatə edən videolardan gedir. Bu cür kontentlərin baxılmasının fonunda moderatorlardan birinin səhhətində problemlər yaranıb. Həmin moderatorda yuxu problemləri yaranıb və gecələr o, qorxunc yuxular görməyə başlayıb. Məşhur sosial şəbəkəyə və ByteDance şirkətinə qarşı qaldırılmış məhkəmə ittihamında TikTok əməkdaşları mənəvi təzminatın təmin edilməsini və iş qrafikinin 4 saata endirilməsini tələb ediblər.
    Linki kopyala