Logo
    main-post-cover

    TSMC-nın ABŞ-da prosessor istehsalı daha baha başa gələcək

        TSMC-nın təsisçisi Morris Chang artıq uzun müddətdir ki, şirkətin işləri ilə yaxından məşğul olmur. Lakin bununla belə o, şirkəti əhatə edən məsələlərə fikrini bildirməkdə davam edir. Qeyd etmək lazımdır ki, TSMC şirkəti müqavilə əsasında dünyanın ən böyük prosessor istehsalçısıdır. Bir neçə müddət bundan öncə məlum oldu ki, TSMC şirkəti ABŞ-ın Arizona ştatında fərdi zavodun inşasına start verməyə hazırlaşır və onun 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır. Beləliklə TSMC Tayvandan əlavə olaraq ABŞ-da da prosessor istehsalı ilə məşğul olacaq.
        Lakin Morris Chang-ın sözlərinə əsasən ABŞ-da prosessor istehsalı Tayvandan fərqli olaraq 1.5 dəfə daha baha başa gələcək. 6 dekabr tarixində zavodun təməlinin qoyulması mərasimi keçiriləcək. Həmin mərasimdə Morris Chang ilə birlikdə həmçinin ABŞ-ın vitse-prezidenti Kamala Harris, ticarət naziri Gina Raimondo və TSMC-nın müştəriləri qismində çıxış edən bəzi şirkətlərin təmsilçiləri iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, TSMC Arizona ştatında həmçinin ikinci zavodunu da inşa edəcək və onun inşası üçün artıq 12 milyard dollar vəsait ayırıb. Gözləntilərə əsasən ikinci zavod istifadəyə verilən andan artıq 3 nanometrlik prosessorları istehsal edə biləcək.
    Paylaş
    Bənzər xəbərlər