Logo
    main-post-cover

    Twitter Inc şirkət olaraq ləğv edilib

        Elon Musk-a məxsus olan X Corp. (Corporation) şirkəti Twitter Inc.-i (Incorporation) öz tərkibinə daxil edib. Yəni faktiki olaraq X Corp. şirkəti Twitter Inc.-i “udub”. Başqa sözlə desək Twitter Inc. şirkət olaraq ləğv edilib. Çox güman ki, bu cür addım Elon Musk-ın Twitter-i WeChat kimi supertətbiqə çevirmək planının ilk addımıdır. Məlumatda qeyd edilib ki, X Corp. ilə Twitter Inc.-in birləşmə prosesi 4 aprel tarixində yekunlaşıb.
        Bu mövzu ilə əlaqədar rəsmi bir məlumat verilməyib və çox güman ki, yaxın zamanda sosial şəbəkənin korporativ strukturunda heç bir dəyişiklik olmayacaq. Lakin bu cür addım gələcəkdə böyük dəyişikliklərin olacağına işarə edir. Keçən il Twitter-i əldə etməmişdən öncə Musk dəfələrlə qeyd etmişdi ki, o, sosial şəbəkəni hər şey üçün nəzərdə tutulmuş vahid platformaya çevirmək istəyir. Söhbət, Çində çox məşhur olan WeChat tətbiqinin analoqundan gedir.
    Paylaş
    Bənzər xəbərlər