main-post-cover

    Twitter-ə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    04.11.2022
    Farid Pardashunas
        Twitter-ə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb. Əsas səbəb isə Elon Musk-ın 3700 nəfər işçini işdən azad etmək planıdır. Şirkət işçilərə öncədən xəbərdarlıq edilmədən onların işdən azad edilməsində günahlandırılır. Bu isə Kaliforniya ştatının qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bir neçə gün bundan öncə Twitter əməkdaşları Musk tərəfindən məktub əldə etdilər.
        Həmin məktubda isə yaxın günlərdə şirkət daxilində çoxlu sayda işçinin işdən azad ediləcəyi barəsində məlumat var idi. Konkret olaraq neçə nəfər işçinin işdən azad ediləcəyi bildirilməsə də bəzi məlumatlara əsasən Twitter işçilərinin 50%-i (3700 nəfər işçi) işdən azad ediləcək. ABŞ-ın 1988-ci ildən qüvvədə olan federal qanunvericiliyinə əsasən böyük şirkətlər işçilərə minimum 60 gün öncədən xəbər vermədən kütləvi ixtisarları reallaşdıra bilməzlər. Twitter-ə qarşı qaldırılmış kollektiv məhkəmə iddiasında sosial şəbəkənin bu qanuna riayət etməsi tələb olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər