
Twitter işçiləri şirkətdən ayrılmağa başlayıblar
Startup və Biznes
18.11.2022
Emil
Bir neçə gün bundan öncə məlum oldu ki, Elon Musk Twitter işçilərini seçim qarşısında qoyub. İşçilər ya yüksək intensivliklə çalışmalı olacaqlar ya da işdən azad ediləcəklər. Musk bu iki variantın arasında seçim üçün Twitter əməkdaşlarına müəyyən vaxt aralığı vermişdi. Bugün isə məlum olub ki, şirkət işçilərinin əksəriyyəti məhz şirkətdən ayrılmağı üstün tutublar. Məlumatda qeyd edilib ki, şirkətdən ayrılmaq qərarını vermiş işçilər öz sağlamlıqlarını şirkət uğrunda qurban verməkdən imtina ediblər. Bir neçə müddət bundan öncə Musk-ın Twitter əməkdaşlarına göndərmiş olduğu məktubda qeyd edilmişdi ki, inqilabi Twitter 2.0-ın yaradılması və rəqabətin artdığı bir dünyada uğur qazanmaq üçün şirkət kollektivi aktiv və hətta aqressiv şəkildə çalışmalıdır.
İşçilər müəyyən vaxta kimi öz seçimlərini etməli idilər. Əks halda onlar işdən azad ediləcəkdilər. Reuters saytının verdiyi məlumata əsas'n bugün səhər Twitter-dən onlarla əməkdaşın işdən ayrılması halları məlum olub. Bəzi məlumatlara əsasən şirkəti hətta bir neçə yüz işçi tərk etmiş ola bilər. Görünür, bu vəziyyətdən bir qədər panikaya düşmüş Musk əsas əməkdaşların şirkətdə qorunub saxlanması üçün onlarla özəl görüşlər keçirdib. O həmçinn bir neçə müddət bundan öncə distant çalışma mövzusunda qəbul edilmiş sərt qanunu da bir qədər yumşaldıb.
Məlumatda qeyd edilib ki, distant şəkildə çalışmaq istəyən əməkdaş rəhbərliyi inandırmalıdır ki, onun gördüyü iş şirkətin ümumi vəziyyətinə ciddi töhfə verir. Bununla belə ayda bir dəfə ofisə gəlmək lazım gələcək. Musk isə öz növbəsində rəhbərlərə seçilmiş işiləri distant iş rejiminə keçirtmə hüquqlarından sui-istifadə etməməyi bildirib. Əks halda onlar da işdən azad ediləcəklər. Bloomberg-in verdiyi məlumata əsasən daha öncə işdən azad edilmiş bəzi əməkdaşlar geri qaytarılıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
