main-post-cover

    Uber-in rəqibi Grab, 2 milyard dollar investisiya ala bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    16.07.2017
    Farid Pardashunas

    Uber-in Cənub-Şərqi Asiyadakı rəqibi Grab, “SoftBank” və Çinin, Didi Chuxing taksi xidmətindən 2 milyard dollar investisiya almaq üçün danışıqlar aparır.

    Məlumata əsasən isə maliyyələşdirmənin qiyməti 5 milyard dollar ola bilər. Qeyd etmək lazımdır ki, telekommunikasiya nəhəngi olan “SoftBank” hələ 2014-cü ildə Grab-a 250 milyon dollar investisiya yatırmışdı. Həmin invetisiyadan öncə isə şirkət, Hindistandakı Ola adlı startapa 210 milyon dollar yatırmışdı. Bundan əlavə olaraq “SoftBank”, Uber-in Braziliyadakı rəqibi 99-u da maliyyələşdirib. Beləliklə beynəlxalq avtomobil bazarı getdikcə qızışmağa başlaytır. Keçən il Uber öz Çin payını Didi-yə satmışdı. Bir neçə gün bundan öncə isə o, Yandex Taxi ilə birləşdiyini elan etmişdi. Uber-in, ABŞ-da hələ də bir sıra problemlər ilə qarşılaşdığı bir vaxtda, qlobal bazarda olan rəqiblər bundan istifadə etməyə çalışırlar. Grab təmsilçiləri isə sözügedən investisiya ilə bağlı heç bir fikir bildirməyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər