
Uğurlu insanların sizə demədikləri bir şeylər var!
Startup və Biznes
23.10.2017
Uğurlu insanların ortaq bacarıqları.
Uğurlu insanların həftə sonları nələr etdikləri.
Uğurlu insanların səhərlər ilk olaraq etdikləri.
İnternet bunun kimi onlarla, hətta yüzlərlə yazı ilə doludur
və hər gün bu say artmaqda davam edir. Kitablar, yazılar, sizə necə
yaşamağınızı öyrədən təlimlər və bu mövzuda hazırlanmış TED müzakirələri ilə də
Uğurlu insanların həyat hekayələri inanılmaz dərəcədə artır.
Sizə öz fikrimi bildirmək istəyirəm:
Mənim tanıdığım həqiqətən uğurlu insanlar bu tip yazılar yazmırlar.
Onlarla bu mövzularda reportaj edildiyi zaman təbii ki bir neçə detal
paylaşırlar, günü necə keçirdikləri ya da işlərini necə qaydasına qoyduqları ilə
bağlı amma hamısı bu qədərdir. Onları uğura aparan bu danışdıqlarının heç biri
deyil.
Uğuru gətirən şey çox daha sadədir. Bəlkə də buna görə çox
vaxt gözümüzün qabağında olsa da onu görə bilmirik. Çünki hər nə qədər
beynimiz, bu problemi daha qarışıq, həll edilməsi daha çətin bir hala gətirib,
uğursuzluq ya da tənbəlliklərimizə bəhanə olaraq göstərmək istəsə də, əslində
cavab həmişə gözümüzün qabağındadır. Bəlkə də buna görə biz bunu anlamaqdan, hərəkətə
keçməkdən çəkinirik.
Cavab nədir? Bezmədən, yorulmadan, əl çəkmədən yoxlamaq. Planlamaqla
günlər, aylar keçirtmək yerinə etmək, dayanmamaq, təkrar-təkrar bezmədən işləməkdir.
Təkidlə etdiyi işdə daha yaxşı olmaq üçün səy göstərmək.
Uğurlu hər insan, daha az uğurlu olan hər şəxsdən daha
düzgün çalışır, daha düzgün oxuyur, daha sıx insanlarla görüşür, daha yaxşısı
üçün səy göstərir.
Başqa
nə var? Şüur. Bu insanlar şüursuzca çalışmır, etdikləri şeylərin nəticələrini
analiz edir, səhvlərindən dərs alır, daha çox yox daha ağıllı çalışır, böyük şəkili
görməyə və başqlarının qura bilmədiyi əlaqələri qurmağa çalışırlar.
Kifayət
deyil? Elə isə məndən sizə bir sirr daha: hər uğurlu insanın net bir uğur tərifi
var. Sizin üçün uğurun tərifi nədir? Hər kəsin uğur anlayışı eyni olmaq məcburiyyətində
deyil və olmamalıdır da. Bəzilərimiz üçün bu hüzur dolu bir ailə deməkdir, bəzilərimiz
üçün hobbilərinə zaman ayırmaq, bəzilərimiz üçün Marsda yeni bir koloniya
yaratmaq, bəzilərimiz üçün axşam ləzzətini çıxara-çıxara fransız şərabının
dadına baxmaq, bəzilərimiz üçün azadlıqları və bəzilərimiz üçün də başqalarının
xoşbəxtlikləridir uğur.
Buna
görə də əvvəlcə sizin üçün uğurun tərifinin hansı olduğuna qərar verin, sizin
üçün nələrin vacib olduğunu net olaraq təyin edin, sonra şüurlu bir formada
ümidinizi itirmədən çalışın. Başqalarına baxmayın, öz ürəyinizin səsinə qulaq
asın. Amma səmimi bir şəkildə onu həmsöhbətiniz olaraq qəbul edin.
Çünki
uğurlu olmağınızın qarşısındakı ən böyük maneə nədir bilirsiniz? Özünüzə yalan
demək. Çünki heçkim özünün zəifliklərini tamamilə qəbul edib, reallıqla üz-üzə
gəlmək istəmir. Bunu bacara bilsəniz, onsuz da bir çox insandan qat-qat
uğurlusunuz.
“Başqaları
edir, çünki onlar mənim bilmədiyim şeyləri bilirlər.”
(Sən
də öyrən!)
“Başqaları
daha uğurludur, çünki onların ailəsi bunun üçün şərait yaradıb.”
(Tamamilə
səhv məlumatdır, biraz araşdır!)
“Başqaları
daha uğurludur, çünki `kruqları` yaxşıdır.”
(Sən
də o `kruqu` özün üçün yarat!)
“Başqaları
daha uğurludur amma mən ailəmlə daha çox vaxt keçirdiyim üçün uğurlu olmağa
vaxt ayıra bilmirəm.”
(Bəlkə
də, böyük ehtimalla onlar sənin yerində olmaq istərdilər.)
Paylaş
Bənzər xəbərlər