Velosiped icarəsi ilə məşğul olan Mobike adlı startap, 600 milyon dollar investisiya cəlb etdi

17.06.2017 0 PAYLAŞIM 537 OXUNMA

Çində fəaliyyət göstərən və velosiped icarəsi üzrə fəaliyyət göstərən Mobike adlı startap, 600 milyon dollar investisiya cəlb edib.

Növbəti investisiya raundunda əsas investor qismində Tencent Holdingsşirkəti çıxış edib. Lakin ondan əlavə olaraq sözügedən investisiya raundunda “Sequoia”, “TPG” və “Hillhouse Capital” şirkətləri də iştirak ediblər. Buna baxmayaraq Mobike özünün dəyər qiymətini açıqlamayıb. 2015-ci ildə təsis edilmiş Mobike, 2016-cı ilin Aprel ayında Şanxayda öz xidmətlərini təklif etməyə başladı. Hal hazırda bu startap, Çinin 100-ə yaxın şəhərində fəaliyyət göstərir. Mobike-dan gün ərzində təqribən 25 km-lik yol qətt edən 100 milyon insan istifadə edir. “Biz qlobal yayılmanı sürətləndirməyi planlaşdırırıq və bizim əsas məqsədimiz ilin sonuna kimi 200 şəhərdə fəaliyyət göstərməkdir” – deyə startapın CEO-su Davis Wang bildirib. Onun sözlərinə əsasən cəlb olunmuş investisiyalar həmçinin internet əşyaları texnologiyalarına və süni zəka sahəsinin inkişaf etdirilməsinə sərf olunacaq.

Mobike-ın əsas ideyası ondan ibarətdir ki, velosipedlər, Çinin şəhər rayonlarında maksimal dərəcədə ucuz, yüngül və ekoloji cəhətdən tamamilə təmiz səyahəti təmin edə bilər. Bununla yanaşı gündəlik sayı artan smartfonlar da istifadəçilərin istənilən zaman və istənilən yerdə velosipedlərdən istifadəsinə yardımçı olacaq. Velosipedlər üçün müəyyən daimi yerlər təklif edən və birgə istifadəni reallaşdıran digər servislərdən fərqli olaraq Mobike, aktiv şəkildə GPS-dən istifadə edir. Bunun sayəsində istifadəçilər öz velosipedlərini istədikləri yerdə saxlaya bilərlər. Bundan əlavə olaraq şirkətin hazırladığı mobil tətbiq vasitəsilə istifadəçilər QR kod vasitəsilə aktiv edilə bilən bütün əlçatan velosipedləri tapa bilərlər.