main-post-cover

    WeChat-ın App Store-dan silinməsi iPhone-nun qlobal satışlarına necə təsir edə bilər?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    14.08.2020
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Donald Trump, ABŞ şirkətlərinə Çinin Tencent şirkəti ilə əməkdaşlıq etməyə qadağa qoymuşdu. Qeyd etmək lazımdır ki, Tencent şirkəti Çində çox məşhur olan WeChat messencerinin sahibidir. Qərbdə olan istifadəçilərə bu qadağa heç bir böyük təsir göstərməsə də analitiklərin fikirlərinə əsasən o, Çində iPhone satışlarının kəskin şəkildə aşağı düşmələrinə gətirib çıxarda bilər. Bu barədə Phonearena saytı xəbər verib.
        WeChat Çində ən məşhur tətbiqlərdən biridir. Milyarddan çox insan bu tətbiqdən brauzer, sosial şəbəkə tətbiqi, elektron poçt servisi, internet mağaza qismində istifadə edir və hətta onun köməyi ilə məsələn hansısa həkimin qəbuluna yazılır. Çinin Weibo sosial şəbəkəsində 1.2 milyon insan arasında aparılmış sorğuya əsasən istifadəçilərin 95%-i WeChat-ı itirmək əvəzinə öz iPhone-larından imtina etməyə hazırdır.
        Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən əgər WeChat messenceri App Store platformasından silinsə, iPhone-nun qlobal satışları 25%-30% aşağı düşəcək. Bu səbəblə analitik həmçinin AirPods, iPad Apple Watch modellərinin satışlarının da 15%-25% aşağı düşəcəyini istisna etmir. Buna baxmayaraq WeChat təmsilçiləri güman edirlər ki, Trump tərəfindən qəbul edilmiş qərar yalnız ABŞ istifadəçilərini əhatə edəcək və messencer App Store platformasının Çin versiyasında olduğu kimi qalacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər