Reklam
Xiaomi 2024-cü ilə kimi dünyanın nömrə 1 smartfon istehsalçısına çevrilməyi planlaşdırır

Xiaomi 2024-cü ilə kimi dünyanın nömrə 1 smartfon istehsalçısına çevrilməyi planlaşdırır

Startup və Biznes
30.12.2021 PAYLAŞIM

    Xiaomi şirkəti 28 dekabr tarixində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində yeni məhsullarından əlavə olaraq yaxın gələcək üçün nəzərdə tutulmuş bəzi planlarından da danışıb. Şirkətin yaradıcısı və CEO-su olan Lei Jun təqdimat çərçivəsində bildirib ki, şirkət yaxın 3 il ərzində dünyanın lider smartfon istehsalçıları ilə rəqabət aparmağı və nəticədə smartfon bazarında nömrə 1 olmağı hədəfləyib. Öz sözlərinin sübutu kimi Lei Jun bildirib ki, bu il ərzində Xiaomi qısa müddətlik də olsa Apple şirkətini geridə qoyaraq smartfon bazarının ikinci ən böyük şirkəti statusunu əldə etmişdi.

    Bundan əlavə olaraq Xiaomi rəhbəri onu da qeyd edib ki, Xiaomi Avropa bazarındakı mövqelərini gücləndirmək imkanına sahibdir. Belə ki, artıq uzun illər ərzində smartfon bazarının lideri olan Samsung şirkətinin Avropa bazarındakı göstəriciləri aşağı düşür. Bununla yanaşı şirkət həm də Çin bazarındakı smartfonlarına yüksək tələbatın olacağına əmindir. Belə ki, ABŞ sanksiyaları səbəbilə Huawei şirkətinin qarşılaşdığı problemlər nəticəsində onun Çin bazarındakı payı getdikcə azalır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Twitter-i 44 milyard dollara yalnız bir şərtlə alacağını bildirib..

Məlumdur ki, Elon Musk-ın Twitter-i almaqdan imtina etməsinin əsas səbəbi onun bu sosial şəbəkənin ü..


ABŞ hökuməti Huawei barəsində yeni istintaqa start verib: Şirkət hərbi casusluqd..

ABŞ hökuməti Çinin telekommunikasiya və smartfon istehsalçısı olan Huawei şirkəti barəsində yeni ist..


Rəsmi qərara əsasən Elon Musk ilə Twitter arasındakı məhkəmə işinə sürətli şəkil..

Elon Musk ilə Twitter arasında planlaşdırılan müqavilənin ləğv edilməsi səbəbilə öncədən təyin edilm..


Google tərtibatçılara Google Play-də kənar ödəniş servislərindən istifadəyə icaz..

Google şirkəti Avropa İqtisadi Zonasında öz Play Market platformasının çalışma siyasətində dəyişikli..


Apple cihazlarında Apple Pay-in alternativi olmadığına görə Apple şirkəti məhkəm..

Kanadanın Affinity Credit Union adlı maliyyə assosiasiyası Apple şirkətinə qarşı antimonopoliya məhk..


Elon Musk Twitter ilə olacaq məhkəmə işinə tez bir zamanda baxılmasına qarşıdır..

Musk ilə Twitter arasındakı məsələ sürətlə inkişaf etməkdə davam edir.

×