main-post-cover

    Xiaomi şirkəti Mi brendindən imtina edəcək

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    24.08.2021
    Farid Pardashunas
        Xiaomi rəhbərliyi gözlənilməz bir qərar qəbul edib. Belə ki, o öz məhsullarının Mi brendi altında satışa çıxarılmasından imtina edəcək. Qeyd etmək lazımdır ki, Mi brendi yaranan gündən onun adı şirkət məhsullarına əlavə edilirdi. Lakin yaxın zamanda bu ənənə ortadan qaldırılacaq. Öz məhsullarının adlarında dəyişikliyin olacağı barədə məlumatı Xiaomi təmsilçiləri XDA-Developers saytının jurnalistlərinə bildiriblər. Məlumata əsasən ya bu ilin sonunda ya da gələn ilin əvvəlində şirkət Xiaomi 12 (Mi 12) smartfonunu təqdim edəcək.
        Nəticədə həmin smartfon Mi brendinin adının istifadə olunmayacağı yeni dövrə start verəcək. Şirkət bu cür qərarı hansı səbəbə görə qəbul etdiyi barəsində məlumat verməyib. Qeyd etmək lazımdır ki, şirkət Mi brendi altında təkcə smartfonlarını satışa çıxartmırdı. Bu brend altında planşetlər, noutbuklar, qulaqlıqlar və s. məhsullar satışa çıxırdı. Məhsulların adlarında olacaq dəyişiklik tədricən reallaşdırılacaq və yalnız yeni məhsulları əhatə edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər