Logo
    main-post-cover

    Yaponiya özünün yarımkeçirici sahəsinin bərpası üçün 13 milyard dollar vəsait sərf edəcək

        Yaponiya özünün yarımkeçirici sahəsini yenidən bərpa etmək niyyətindədir. Bunun üçün ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi 13 milyard dollar vəsait hazırlayıb.  Verilmiş məlumata əsasən Yaponiya 2 il ərzində özünün yarımkeçirici sahəsinə 13.4 milyard dollar vəsait sərf etməyi planlaşdırır. Vəsaitin böyük hissəsini ABŞ-ın Micron Technology və Tayvanın TSMC şirkəti əldə edəcək. Micron Technology öz növbəsində Hiroşima şəhərində artıq mövcud olan zavodunu təkmilləşdirmək istəyir.
        Şirkət bu istiqamətdə 3.35 milyard dollar investisiya yatırmağı hədəfləyib. Yaponiya isə öz növbəsində 1.29 milyard dollar dəyərində yardım etməyi düşünür. Şirkət 2026-cı ilə kimi Yaponiyada müasir DRAM yaddaşlarının  istehsalını təşkil etmək istəyir. TSMC isə öz növbəsində dövlətdən 3.2 milyard dollar vəsait əldə edəcək. Qeyd etmək lazımdır ki, TSMC artıq Yaponiyanın qərbində öz müəssisəsinə sahibdir. Yaponiya dövlətinin öz yarımkeçirici sahəsi üçün ayıracağı ümumi vəsaitin qalan hissəsi digər şirkətlər arasında bölünəcək.
    Paylaş
    Bənzər xəbərlər