Yerli istehsal futbol menecer oyunu təqdim olundu - Eleven Kings

Yerli istehsal futbol menecer oyunu təqdim olundu - Eleven Kings

Startup
21.01.2019 0 PAYLAŞIM

    Bir neçə gün öncə yerli startapçılardan daha bir maraqlı layihə haqda məlumat paylaşıldı. Bu, Eleven Kings - futbol menecer oyunudur.

    2017-ci ilin sonlarında Mediamark Agentliyinin rəhbəri Orxan Rzayevin ideyası əsasında layihə üzərində işə başlanılıb. Məqsəd dünyada mövcud olan 500 milyona yaxın futbol oyunu həvəskarlarını bir platformaya toplayacaq qlobal bir startap yaratmaqdır.

    Təsisçi Orxan Rzayev deyir ki, praktiki olaraq bu inandırıcı görünməsə də, nəzəri olaraq bu mümkündür və çalışacağıq ki, mümkün qədər irəli gedək: "Startapımızın daxil olduğu hər iki sektor, futbol və oyun sektorları dünyada ən böyük biznes sektorlarındandır və hər il burada yüz milyardlarla dollar dövr edir.

    Qurduğumuz oyunun olduqca qəliz texniki şərtləri var, arxa fonda eyni anda yüzlərlə alqoritm çalışır. Şadam ki, komanda bu çətin işin öhdəsindən gəldi. Artıq platforma işlək haldadır. İndiki məqamda görməli olduğumuz işlər texniki tərəfdə yaranan boşluqları aradan qaldırmaq, marketinq fəaliyyətini düzgün qurmaq, partnyor və potensial investisiya imkanlarını dəyərləndirməkdir".

    Eleven Kings qurucuları hesab edir ki, düzgün və uğurlu fəaliyyət göstərə bilərlərsə 5-6 il sonra startapın dəyərini bir milyard dollara çatdırmaq olar.

    Eleven Kings ölkəmizdə bir çox oyun həvəskarlarının oynadığı "Top Eleven", FM", "OSM" kimi oyunların bənzəridir. Futbol klubu yaradıb, oyunçuları məşq elətdirib, transferlə yeni oyunçular alıb çempionatlarda iştirak edirsiniz və qələbələr, titullar qazanırsınız. Eleven kings-in təsisçiləri bildirir ki, oyunda tətbiq edəcəkləri fərqli funksiyalara rəqiblərindən seçiləcək və istifadəçi marağına səbəb ola biləcəklər.

    Oyun hazırda Beta versiyasındadır. Desktop və ya mobil brauzerdən oynamaq mümkündür. Yaxın vaxtlarda oyunun iOS və Android tətbiqlərinin istifadə verilməsi planlaşdırılır.

Oyuna daxil ol: https://elevenkings.com



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Owbike platforması Zoho korporasiyası ilə əməkdaşlığa başladı

Owbike platformasının istifadəçiləri yaxın zamanda saytyaratma xidməti daxilində korporativ email ya..


'Azərbaycanın Ən Yaxşı Startapı' adını hansı komanda qazanacaq?

“Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə..


Keepface 500 Startups-ın MENA Dojo proqramına qəbul olaraq, növbəti dəfə toxum i..

ütün dünyada məşhur akselerasiya proqramı olan 500 Startups MENA bölgəsi üçün elan etdiyi sürətləndi..


4-cü 'Barama İnkubasiya Proqramı' üzrə qalib layihələr bəlli olub

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirm..


Azercell-in dəstəyi ilə 'Onbranch' startapı 'Seedstars World' müsabiqəsində işti..

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq tədbirə qatı..


Azərbaycan Dünyanın 70 ölkəsində keçirilən startap proqramında (Qeydiyyat başlad..

Kreativ biznes ideyası və ya startapı olanlar – Danimarka sizi gözləyir!