139 illik heç kimin adını bilmədiyi bir yapon şirkətinin səhmləri süni intellekt sayəsində sürətli bir şəkildə bahalaşıb!
Süni İntellekt
26.11.2024
Farid Pardashunas
Yaponiyada kabellər istehsal edən və 139 illik tarixi olan Fujikura şirkətinin səhmləri son bir ildə 400% artıb. Bunun səbəbi isə süni intellektdir.
Şübhəsiz ki, süni intellekt bu gün texnologiya dünyasının ən vacib mövzusudur. Gündəlik olaraq bu texnologiyanın inkişaf etdiyini və bu sahədə yeni şirkətlərin ortaya çıxdığını görürük. Buna uyğun olaraq, süni intellektlə bağlı addımlar atan şirkətlər daha çox diqqət çəkir. Ancaq bəzən maraqlı hadisələr də baş verir. Yaponiyada baş verənlər bunun ən yaxşı nümunəsidir. Dünyada davam edən süni intellekt çılğınlığı, heç kimin tanımadığı Yaponiyada yerləşən qədim bir şirkətin yüksəlişinə səbəb olub. 139 illik bu şirkət, bir anda birjanın ulduzuna çevrilib.
Fujikura adlı bu şirkət, məlumat mərkəzləri üçün kabellər istehsal edən elektrik avadanlıqları istehsalçısıdır. Tokioda yerləşən bu firmanın tarixi 1885-ci illərə qədər gedib, çıxır. Şirkətin səhmləri son bir ildə 400%-ə yaxın artaraq bazarın ən uğurlu firmalarından birinə çevrilib.
Sürətlə yüksəlişə keçən bu qədim şirkət, fiber-optik kabellər sahəsində ixtisaslaşıb. Onun məhsulları sektorda ən kiçik diametrə malikdir. Bu xüsusiyyət məhsulların dar yerlərdə istifadəsini asanlaşdırır və onları rəqiblərindən üstün edir. Süni intellekt üçün məlumat mərkəzlərinin əhəmiyyətini nəzərə alsaq, belə bir şirkətin uğur qazanması təəccüblü deyil. Fujikura bir çox vacib müştəriyə sahibdir və Apple da bunlardan biridir. Şirkət bu ayın əvvəlində yayımladığı qazanc hesabatında gəlirlərini 674 milyon dollara çatdıraraq 17% artım əldə etdiyini bildirmişdi. Şirkətin gəlirinin təxminən 70%-i xaricdən, 38%- isə süni intellekt çılğınlığının mərkəzi olan ABŞ-dan gəlir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung şirkəti Gauss 2 süni zəka modelini təqdim edib
Samsung şirkəti Gauss 2 süni zəka modelini təqdim edib
Samsung şirkəti Gauss 2 adlı yeni süni zəka modelini anons edib. Bu yeni süni zəka modeli Galaxy AI ekosisteminin funksiyalarını optimizasiya edərək daha yaxşı performansı və effektivliyi təklif edir.
Xristianlar, Hz. İsanın süni intellekt kopyasını yaradaraq günahlarını etiraf etməyə başlayıblar! (VİDEO)
Xristianlar, Hz. İsanın süni intellekt kopyasını yaradaraq günahlarını etiraf etməyə başlayıblar! (VİDEO)
İsveçrədə fəaliyyət göstərən St. Peter Kilsəsi, İsa peyğəmbərin süni intellekt və holoqram dəstəyi ilə yaradılmış bir versiyasını hazırlayıb. Xristianlar bu süni intellektlə danışaraq günahlarını etiraf edə bilirlər.
ChatGPT-nin beyni GPT-4o yenilənib: Bəs yeniliklər nələrdir?
ChatGPT-nin beyni GPT-4o yenilənib: Bəs yeniliklər nələrdir?
OpenAI, ChatGPT modelini idarə edən GPT-4o üçün yeni bir yeniləmə yayımlayıb. Bu yeniləmə, süni intellektin mətn yazma bacarıqlarını artırır və yüklənmiş sənədlərlə daha əhatəli şəkildə işləməyi təmin edir.
ABŞ hökuməti güclü süni zəkanın hazırlanması üçün Manhetten layihəsi miqyasında təşəbbüsü irəli sürüb
ABŞ hökuməti güclü süni zəkanın hazırlanması üçün Manhetten layihəsi miqyasında təşəbbüsü irəli sürüb
İrəli sürülmüş təşəbbüs insan zəkası səviyyəsində və ya ondan daha üstün səviyyədə çalışa biləcək ümumi süni zəka (AGI) sistemlərinin hazırlanması prosesinin maliyyələşdirilməsinə istiqamətlənib.
ChatGPT xəstəlik diaqnozunda həkimlərə meydan oxuyur!
ChatGPT xəstəlik diaqnozunda həkimlərə meydan oxuyur!
Bu yaxınlarda aparılan təcrübə ChatGPT AI botunun xəstəliklərin diaqnostikasında həkimləri qabaqladığını ortaya qoyub.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!