ABŞ süni zəka modellərinin bəzi ölkələrə eksportunu məhdudlaşdırmağı nəzərdən keçirir
Süni İntellekt
10.05.2024
Sabina Rustamli
ABŞ Ticarət Nazirliyi Çin, Rusiya və bir sıra digər ölkələrin GPT-4 kimi süni zəka modellərindən istifadə etmək imkanlarını məhdudlaşdırmaq üzrə yeni normativ tədbirlərin görülməsini nəzərdən keçirir. Bu barədə Reuters saytı öz mənbələrinə istinadən xəbər verib. Hal-hazırda qapalı mənbə koduna sahib ən güclü süni zəka sistemlərinin amerikalı tərtibatçılar tərəfindən istənilən tərəfə satılmalarında heç bir məhdudiyyət yoxdur. Microsoft tərəfindən geniş dəstəyə sahib OpenAI şirkəti, Alphabet holdinqinə məxsus Google DeepMind laboratoriyası və Anthropic şirkəti öz süni zəka modellərini qanuni şəkildə istənilən istifadəçiyə və ya şirkətə sata bilərlər.
Bununla belə ABŞ-ın dövlət və özəl sektorlarından olan tədqiqatçılar ABŞ-a düşmən olan tərəflərin bu cür süni zəka modellərindən istifadə etmə imkanına sahib olmalarından narahatdırlar. Onlar narahatdırlar ki, ABŞ-a düşmən olan tərəflər böyük həcmdə mətnləri və təsvirləri analiz etməyə qadir süni zəka modellərini məlumatların ümumiləşdirilməsi, güclü kiberhücumların reallaşdırılması, bioloji silahın yaradılması və s. kimi məqsədlərdə istifadə edə bilərlər. Reuters saytının mənbələrindən birinin sözlərinə əsasən süni zəka texnologiyalarının eksportunun idarəsindəki istənilən sərt məhdudiyyət çox güman ki, Rusiya, Çin, Şimali Koreya və İran kimi ölkələrə şamil olunacaq. Məlumata əsasən süni zəka modellərinin eksport idarəsi üçün ABŞ hökuməti bu və ya digər süni zəka modelinin təlimatlandırılması üçün lazım olan hesablama gücünün hüdud göstəricisindən istifadə edə bilər.
Belə ki, hesablama gücünün hüdud göstəricisinin əldə olunduğu halda tərtibatçı süni zəka modelinin hazırlandığını açıqlamalı və aparılan testlərin nəticələrini ABŞ Ticarət Nazirliyinə təqdim etməli olacaq. Məlumatda qeyd edilib ki, hesablama gücünün hüdud göstəricisi hansı süni zəka modelinin eksport məhdudiyyəti altına düşməsinin təyini üçün təməl faktora çevrilə bilər. Əgər hüdud göstəricisi tətbiq üsulu qismində seçilsə, o, gələcək süni zəka modellərinin eksportuna şamil olunacaq. Belə ki, mövcud süni zəka modellərindən heç biri hesablama gücünün hüdud göstəricisinə nail olmayıb. Digər tərəfdən EpochAI adlı tədqiqat institutunun sözlərinə əsasən Google şirkətinin Gemini Ultra adlı süni zəka modeli hesablama gücünün hüdud göstəricisinə çox yaxındır.
Vaşinqtonun CNAS adlı analitik mərkəzin süni zəka sahəsindəki siyasət üzrə mütəxəssisi Tim Fist-in fikrincə gələcək süni zəka modellərinin imkanları ilə risklərinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuş daha effektiv tədbirlərin hazırlanacaqları zamana kimi hesablama gücünün hüdud göstəricisi ən yaxşı tədbir növüdür. Tim Fist həmçinin qeyd edib ki hesablama gücünün hüdud göstəricisindən asılı olmayaraq süni zəka modellərinin eksportunu idarə etmək çox qəliz məsələ olacaq. Belə ki, süni zəka modellərinin əksəriyyəti açıq mənbə koduna sahibdir. Bu isə o deməkdir ki, onlar tənzimləyəci orqanın nəzarəti altında olmayacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft ABŞ xüsusi kəşfiyyat agentlikləri üçün generativ süni zəka sistemi yaradıb
Microsoft ABŞ xüsusi kəşfiyyat agentlikləri üçün generativ süni zəka sistemi yaradıb
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Microsoft şirkəti superkompüter çərçivəsində ABŞ gizli kəşfiyyat xidmətləri üçün nəzərdə tutulmuş generativ süni zəkanı istifadəyə verib.
Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!
Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!
Apple tətbiqləri iOS 18 yeniləməsi ilə yenilənəcək. Bildirilir ki, “Apple Photos” tətbiqinin yeni versiyası generativ süni intellektdən istifadə etməklə Photoshop səviyyəli redaktə funksiyaları təqdim edəcək.
Microsoft-un süni zəka sahəsində Google şirkətini geridə qoymaq səyləri barəsində keçmiş məktublar ortaya çıxıb
Microsoft-un süni zəka sahəsində Google şirkətini geridə qoymaq səyləri barəsində keçmiş məktublar ortaya çıxıb
Microsoft-un ortaya çıxmış daxili elektron məktubları onun süni zəka sahəsində Google şirkətinə çatması istiqamətində daimi səylərini sərgiləyir.
ABŞ rəsmisi "nüvə silahları süni intellektin nəzarətində olmamalıdır" deyə Çin və Rusiyaya xəbərdarlıq edib!
ABŞ rəsmisi "nüvə silahları süni intellektin nəzarətində olmamalıdır" deyə Çin və Rusiyaya xəbərdarlıq edib!
ABŞ-ın yüksək rütbəli rəsmisi Çin və Rusiyaya xəbərdarlıq edib ki, nüvə silahının yerləşdirilməsi ilə bağlı qərarlar heç vaxt süni intellekt tərəfindən deyil, yalnız insanlar tərəfindən verilməlidir.
Rəssamlar əsərlərindən icazəsiz istifadə etdiyinə görə Google-u məhkəməyə veriblər!
Rəssamlar əsərlərindən icazəsiz istifadə etdiyinə görə Google-u məhkəməyə veriblər!
Rəssamlar, Google-un süni intellektlə işləyən şəkil generatoru "Imagen"i inkişaf etdirmək üçün onların əsərlərini icazəsiz istifadə etdiyini bildirərək məhkəməyə veriblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!